3 yaşında atasını itirdi, güclü partlayışdan sağ çıxdı - Milyarder Vahid Ələkbərov

3 yaşında atasını itirdi, güclü partlayışdan sağ çıxdı - Milyarder Vahid Ələkbərov


Bu gün “dünyanın ən zəngin insanları” siyahısında ilk əlliliyə daxil olan yeganə azərbaycanlı, Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoyl” şirkətinin prezidenti, “Yelo Bank”ın əsas səhmdarlarından biri olan Vahid Ələkbərovun 70 yaşı tamam olur.

“Qafqazinfo” bu məqamda Vahid Ələkbərovun uğur yolu və həyat hekayəsini nəzərinizə çatdırır.

20,2 milyard dollar sərvəti ilə Rusiyanın və dünyanın ən varlı şəxslərindən biri olan Vahid Ələkbərov bu rifah zirvəsinə yüksəlməyə neft sektorunun ən aşağı pillələrindən başlayıb.

Ələkbərov Vahid Yusif oğlu 1 sentyabr 1950-ci ildə Bakıda anadan olub. Milliyyətcə azərbaycanlı olan ata Yusif Ələkbərov neft sənayesində mexanik işləyirdi və Böyük Vətən müharibəsi qazisi idi. Anası isə qazax əsilli Tatyana Boçarova evdar qadın idi.

Gələcək neft maqnatının hələ 3 yaşı olarkən atası vəfat edir. Ölüm səbəbi müharibə zamanı aldığı və tam sağalmayan yaralar idi. 5 uşaq ilə tək qalan qadın övladları üçün çarəsiz şəkildə mübarizə aparır və onları böyüdüb-başa çatdırmaq üçün gecə-gündüz çalışmağa başlayır. Günü-gündən maddi vəziyyəti pisləşsə də, övladlarını uşaqlar evinə göndərmə təklifini qəti şəkildə rədd edir və onlar əl-ələ verib işləməyə başlayırlar.

Ailəsinin maddi vəziyyətinə dəstək üçün Vahid (ailədə ən kiçik uşaq olub) uşaq yaşlarından işləməli olur və balıq ovu ilə məşğul olmağa başlayır. O, təhsilinə də biganə qalmır.

V. Ələkbərov üçün həyatı boyu əsas məqsəd öz davranışı ilə anasını incitməmək olub. Buna görə də uşaqlıqdan taleyini neftlə əlaqələndirmək istəyən gələcək neftçi üçün yaşıdları ilə həyətdə oynamaq qəbuledilməz idi. Bunun üçün Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərək dağ mühəndisi diplomunu alır və arzusuna nail olmaq üçün cəsarətlə uzun bir yola çıxır.

Məşhur iş adamı olmazdan əvvəl Ələkbərov ən aşağıdan başlayaraq uğura gedən çətin bir yoldan keçməli idi. Tələbəlik illərində o, peşəkar bioqrafiyasının başlanğıc nöqtəsi olan “Kasmorneft” şirkətində qazmaçı kimi işə düzəlir. İlk illərdə həddindən artıq ekstremal şəraitdə çalışmalı olur: Vahid yanğına və partlayışa məruz qalmış və yaxşı təchiz olunmamış neft platformalarına göndərilir. Hətta bir dəfə platformada baş verən partlayış nəticəsində zərbə dalğası Vahidi dənizə tullayır. O, yalnız yaxşı üzmək bacarığı sayəsində xilas ola bilir.

3 yaşında atasını itirdi, güclü partlayışdan sağ çıxdı - Milyarder Vahid Ələkbərov


İnstitutu bitirdikdən sonra beş il ərzində neft və qaz hasilatı üzrə operatordan sex rəisinin müavini rütbəsinə qədər yüksələ bilir. Bu, gələcək neft maqnatının ilk karyera nailiyyəti olur. 1980-ci illərin əvvəllərində partiya əmri ilə Qərbi Sibirə göndərilir, orada Surgutneft və Fedorovskneft kimi iri neft şirkətlərində rəhbər vəzifəsində çalışır.

80-ci illərin ortalarında isə “Koqalımnefteqaz”ın baş direktoru vəzifəsinə təyin edilir. Bu vəzifədə, Sibir filiallarının neftçiləri ilə bir sıra mühüm tanışlıqlar əldə edir.

1990-cı ildə gənc təşəbbüskar lider Moskvaya Neft Sənayesi nazirinin müavini vəzifəsinə dəvət edilir. Ələkbərovun vəzifələrinə xarici həmkarları ilə əlaqə qurmaq daxil idi. Nazirlikdəki ilk ilində “British Petroleum”un dəvəti ilə Sovet neftçiləri heyətinin başında Böyük Britaniyaya səyahətində iştirak edir. İki il sonra sürətlə inkişaf etməyə başlayan “Lukoil” şirkəti yaranır.

3 yaşında atasını itirdi, güclü partlayışdan sağ çıxdı - Milyarder Vahid Ələkbərov


Neft sahəsinin təşəbbüskar lideri işçilərlə yanaşı partiya müdirləri arasında da nüfuz sahibi idi. Neft borularında partlayışa səbəb ola biləcək qəza halları zamanı Ələkbərovun şəxsən müəssisədə olduğu və problemlərin həllində kömək etdiyi bildirilir.

1995-ci ildə neft maqnatı aktivlərini 1998-ci ildə qlobal böhran zamanı çökən Rusiyanın ən böyük bankı “İmperial”ın səhmləri ilə doldurur. Oliqarxın ayrıca böyük bir özəl yanacaqdoldurma şəbəkəsi, neft satışı şirkəti və motor qatqısı istehsalı müəssisəsi var.

“Lukoil” prezidenti neft işini dünyanın bir çox ölkəsində genişləndirib. Şirkətin nümayəndəlikləri Rusiya, Belarusiya, Azərbaycan, Ukrayna, ABŞ və Bolqarıstanda fəaliyyət göstərir. Faydalı qazıntılar sahəsindəki uğurlu fəaliyyətinə görə milyarder dəfələrlə fəxri mükafatlarla təltif olunub, eyni zamanda dövlət mükafatlarına layiq görülüb.

3 yaşında atasını itirdi, güclü partlayışdan sağ çıxdı - Milyarder Vahid Ələkbərov


2007-ci ildə Vahid Ələkbərov Rusiyada sosial sahibkarlığın inkişafı ilə məşğul olan “Gələcəyimiz” xeyriyyə fondunu yaradır və “Lukoil”dəki öz hissələrini bu fonda vəsiyyət edir. 2010-cu ildən etibarən isə Ələkbərov, həmçinin Skolkovo Vəqf Şurasının üzvü kimi fəaliyyət göstərir.

İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların yeganə övladları Yusif 1990-cı ildə dünyaya gəlib. Atası kimi o da təbii resurslarla maraqlanır. 2012-ci ildə Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub.

Yusif 2016-cı ildə ailə həyatı qurub. Bir müddət öncə KİV-də onun həyat yoldaşı Alisa Ələkbərovanın turizm biznesi ilə məşğul olduğuna dair məlumat yayılıb.

3 yaşında atasını itirdi, güclü partlayışdan sağ çıxdı - Milyarder Vahid Ələkbərov


Qeyd edək ki, Yusif Ələkbərov “Rusiyanın ən varlı varisləri” siyahısında iki dəfə ilk pillədə yer alıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər