Məktəb direktorunun məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı — RƏSMİ AÇIQLAMA

Məktəb direktorunun məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı — RƏSMİ AÇIQLAMA


"Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir".
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, "BakuBus" MMC-də bu adda sürücü çalışmır:

"Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə, o, bunu sadəcə paylaşım xatirinə edib: "BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasında həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlərə cəlb olunur.
Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar.

Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir".

Məktəb direktorunun məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı — RƏSMİ AÇIQLAMAБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər