Bu partiyalar cəzalandırılacaq – QANUN DƏYİŞİR

Bu partiyalar cəzalandırılacaq – QANUN DƏYİŞİR
















Sənəd Milli Məclisdədir

Azərbaycanda aldıqları ianələrin məbləği və mənbəyi barədə Mərkəzi Seçki Komissiyasına məlumat verməyən siyasi partiyaların cəzalandırılması təklif olunur.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulur.

Məcəllənin hazırda qüvvədə olan 247-4-cü (İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi) maddəsinə təklif edilən dəyişikliyə görə, siyasi partiya tərəfindən qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına daxil edilmədiyi halda qeyd olunan maddədə göstərilən cərimələr bu hala da şamil ediləcək.

Maddə 247-4-un cəriməsi isə, vəzifəli şəxslər üçün 1 500 manatdan 3 000 manata qədər, hüquqi şəxslər üçün isə 5 000 manatdan 8 000 manata qədərdir.

Layihə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər