Şəmkir sakini bacanağını başından güllələyib öldürdü — MƏHKƏMƏ

Şəmkir sakini bacanağını başından güllələyib öldürdü — MƏHKƏMƏ


Şəmkirdə bacanağını odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Etibar Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçüb Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərililib.

Cinayət işi hakim Elmin Rüstəmovun

İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib.

İttihama görə, Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Etibar Süleymanov həmyerlisi, 1992-ci il təvəllüdlü Elnur Hüseynovu öldürüb.
Etibar Süleymanov kustar üsulla hazırlanmış silahdan Elnur Hüseynovun başına bir dəfə atəş açıb və Elnur Hüseynov hadisə yerində vəfat edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin onun bacanağı olan, Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Etibar Süleymanov tərəfindən törədildiyi məlum olub və şübhəli şəxis qismində saxlanılıb.

Araşdırmalar zamanı qətlin ailədaxili mübahisə səbəb olub.

İstintaq orqanı tərəfindən Etibar Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər