Qazax: cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi

Qazax: cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi











Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Yevlax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Natiq Həsənov vəzifəsindən azad edilərək Qazax rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qazaxın bugünkü ab-havasında, sağlam mühitində heç şübhəsiz, polis əməkdaşlarının da əməyi az deyil. Son vaxtlar rayonda cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, ictimai asayişin mühafizəsi istiqamətində bir sıra işlər görülmüşdür. Rayonda görülən işlər barədə söhbət açmağı Qazax rayon polis şöbəsinin rəisi, polis polkovniki Natiq Həsənovdan xahiş etdik. O, dedi:

- Cinayətkar varsa, ona qarşı mübarizə aparanlar da var. Hüquq-mühafizə orqanları olmasa, özbaşınalıq baş alıb-gedər.

- Son illər ərzində rayonda cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində həyata keçirilən tədbirlər uğurla davam etdirilmişdir. Bu uğurların şəriksiz müəllifi isə ulu öndərimiz Heydər Əliyev, onun layiqincə davam etdirilən siyasi kursudur. Məhz ümummilli liderimizin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanın qurtuluş tarixinin müəllifinə çevrilməsi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, sabitliyin təmini və kriminogen durumun nəzarətə götürülməsi kimi vacib istiqamətlərdə də əsaslı dönüş yaranmışdır. Dövlətə qüdrət, xalqa isə təhlükəsiz və firavan həyat bəxş edən həmin kurs bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.
Hüquq-mühafizə orqanlarına dövlət başçısının göstərdiyi diqqət və qayğı, eyni zamanda, həm də çox ciddi tələbkarlıq fəaliyyətimizin daha da səmərəli olmasına münbit şərait yaratmışdır. Prezident cənab İlham Əliyevin ölkəmizin iqtisadi qüdrətinin artmasına, əhalinin rifah halının yaxşılaşmasına, regionların sürətli inkişafına, insan hüquq və azadlıqlarının təminatına xidmət edən uğurlu dövlət siyasəti Qazax rayon Polis Şöbəsində də fəaliyyətin təkmilləşməsinə, onun beynəlxalq standartlar səviyyəsində təşkilinə, şəxsi heyətin sosial müdafiəsinin güclənməsinə təkan vermişdir.

Qazax rayon Polis Şöbəsi olaraq Azərbaycan vətəndaşının, Azərbaycan xalqının seçdiyi Prezidentin, Ali Baş Komandanın bizə olan böyük etimadına, qarşımızda qoyduğu tələblərə məsuliyyətli işimiz, konkret fəaliyyətimizlə cavab verməyə çalışırıq və bu, bizim əsas vəzifəmizdir. Digər tərəfdən, rəqəmlərə müraciət etmiş olsaq, həm də əksər göstəricilərin ötən ilin eyni dövrü ilə müqayisədə daha da yaxşılaşdığını deyə bilərik.

Mən əminəm ki, Heydər Əliyev ideallarına, Prezident İlham Əliyevin siyasi kursuna bağlılıqlarını heç də tutduqları vəzifə ilə əlaqələndirməyən, öz dövlətinə, xalqına daim ləyaqətlə, namusla, şərəflə xidmət edən məmurlara atılan ləkə arzulanan nəticəni verməyəcək! Çünki Prezident də, xalq da kimin-kim olduğunu çox yaxşı bilir. Onu da yada salaq ki, hər kəs, hər bir məmur öz daxili varlığını məhz fəaliyyətində, işə münasibətində, ekstremal vəziyyətlərdə tutduğu mövqedə nümayiş etdirir. Bu münasibəti, mövqeyi isə, bir daha qeyd edirəm, Prezident də bilir, xalq da görür, zaman da dəyərləndirir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər