Nazir müavini: “Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək”

Nazir müavini: “Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək”


“Prezidentin tapşırığı ilə sahibkarlıq subyektlərinə yeni maliyyə yardımın edilməsi ilə bağlı qərar verilib”.
Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.
O bildirib ki, bununla yanaşı dövlət mütəmadi sahibkarlarla görüşür: “Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı - burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər