Beyrutda ölənlərin sayı artır

Beyrutda ölənlərin sayı artır


Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı atır.

Beyrutda azı 149 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Daha əvvəl 145 nəfərin öldüyü bildirilirdi. Partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib. Habelə 300 mindən çox insan evsiz qalıb.

Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış. Hadisə ilə əlaqədar liman administrasiyasının 16 əməkdaşı, o cümlədən direktoru saxlanılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər