Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir

Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir


Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov - Hər zaman olduğu kimi yenə də Azərbaycan-Türkiyə qardaş ölkə olmaqla özünün həmrəyliyini bütün dünyaya çatdırdı

Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ordumuz bu təlatümlü günlərdə onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir.

İyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb. Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Ali Baş Komandan qeyd edib ki, vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Prezident İlham Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcəklər. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib.

Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimizin bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Silahlı Qüvvələrimizin şanlı tarixində öz yeri olacaq. Artıq dövlətlər 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Eyni zamanda Azərbaycan diasporu da formalaşıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərirlər. 14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirilib. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərib.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55130-dan (əlli beş min yüz otuzdan) çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçiblər və müraciətlər davam edir. Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) üzvləri Prezidentin çağırışına dəstək verib. Assosiasiya sıralarında birləşən yüzlərlə sahibkar xanım orduda xidmət göstərməyə hazır olduqların bildiriblər. Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulayıb.

Qardaş Türkiyə cümhuriyyəti Azərbaycanı tək buraxmadı və təbii ki, Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Ən yüksək səviyyədə Azərbaycanı dəstəklədiyini bildirdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu. O çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: “Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”.
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın etdiyi qəbuledilməzdir: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim”.

Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan təmas xəttində davam edən gərginlikdən danışarkən, “İşğalçılığı davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa, azərbaycanlı qardaşlarımıza dəstək verməyə davam edəcəyik” ifadələrini işlədib.

Xaricdə yaşayan soydaşlarımız da Prezident ilham Əliyevin yanındadır və onu dəstəkləyir. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri, Belorusda yaşayan Azərbaycanlılar da öz vətənlərinə dəstəklərini göstərib, erməni işğalını lənətləyiblər. Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq,” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi və Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib.

Rayonun Zirə qəsəbəsində ümumi uzunluğu 8.6 km olan küçələrdən daha biri əsaslı şəkildə təmir edilir

Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir


Xəzər rayonunda sakinlər üçün rahat gediş-gəlişin təmin olunması istiqamətində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonun Zirə qəsəbəsində ümumi uzunluğu 8.6 km olan küçələrdən daha biri əsaslı şəkildə təmir edilir.
Əlavə olaraq Zirə qəsəbəsinin Üzümçuluk sovxozu ərazisində də 3 km yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulmuşdur.

Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir
Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir


Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir

Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir


Korovavirus (COVİD 19) pandemiya ilə əlaqədar ölkəmizdə mövcud çətinliklərə baxmayaraq, cənab Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır.
Ölkə başçısının tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrin ayrı-ayrı yaşayış massivlərində abadlıq və quruculuq işlərinin davamlı olaraq həyata keçirilməsi nəticəsində qəsəbədaxili yollar genişləndirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.

Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir


Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da bu istiqamətdə işlər uğurla davam etməkdədir.
Belə ki, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin sərhədində yerləşən, uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan “Bakavtomat yolu” adlanan yaşayış massivinin ərazisində Xəzər RİH-nin təşəbbüsü və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 1150, eni 6 metr olan küçədə asfalt çəkilişlərinə başlanılıbdır.

Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir


Bundan əlavə, davamlı olaraq, rayon ərazisində ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayonun prospekt, küçə, xiyaban, meydan və istirahət parklarında ağacların, gül və bəzək kollarının qorunması, onlara qulluq edilməsi və suvarılması işinə gündəlik diqqət göstərilir.

Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir


Rayonun bütün qəsəbələrində yay aylarının isti və quraqlıq keçməsi nəzərə alınaraq yaşıllıqların gündəlik suvarılması və onlara qulluq edilməsi təmin edilir.
Xəzər rayonunda yaşıllıq zolaqlarının mühafizəsi və onlara qulluq göstərilməsi müntəzəm davam etdirilir.

Xəzər rayonunda karantin rejimi ilə əlaqədar monitorinqlər davam etdirir

Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir


Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də yaradılmış mobil qruplar tərəfindən rayon ərazisində əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirilir.
Növbəti reyd Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı, Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən rayonun Mərdəkan qəsəbəsində fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində keçirilib.
Reyd zamanı fəaliyyət göstərən ərzaq mağazalarında və fəaliyətinə icazə verilən digər obyektlərdə sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyəti yoxlanılıb, maarifləndirici söhbətlər aparılıb, əsasən obyektlərdə növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb və əhaliyə tibbi maskalar paylanılıb.
Reydlər zamanı hüquqi və fiziki şəxslər tərəfindən karantin rejimin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bundan əlavə, rayonun digər qəsəbələrində də mobil qruplar tərəfindən reydlər keçirilib və vətəndaşlarla maarifləndirmə işləri aparılıb.

Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilirElşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir
Elşən Salahov: Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər