Azərbaycanda dörd günlük bayram tətili başlayır

Azərbaycanda dörd günlük bayram tətili başlayır


Qurban bayramı ilə əlaqədar sabahdan Azərbaycanda bayram tətili başlayır.
Bayramla əlaqədar ölkədə ardıcıl 4 gün iş olmayacaq.

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
Avqustun 1-i şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Beləliklə, iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ölkədə 4 gün qeyri-iş günüdür. (apa.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər