Əlimirzə Şirinovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əlimirzə Şirinovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


ATİAHİ İmişli Rayon Komitəsinin sədri Əlimirzə Şirinov - Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar ALLAHA yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların ALLAH dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. ATİAHİ İmişli Rayon Komitəsinin sədri Əlimirzə Şirinovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, ATİAHİ İmişli Rayon Komitəsinin sədri Əlimirzə Şirinovdur.

Komitənin xidmətində olan idarə, müəssisə və təşkilatların sayı: 79

Orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbləri – 60
Uşaq bağçaları – 13
Uşaq yaradıcılıq mərkəzləri – 1
Ekoloji tərbiyə və tədris mərkəzi -1
Uşaq gənclər idman məktəbi – 1
Şahmat məktəbi – 1
Təhsil Şöbəsi – 1
Təhsil İşçiləri Evi – 1
Bu idarə və müəssisələrdə işləyənlərin cəmi – 2827 nəfər
Onlardan həmkarlar ittifaqı üzvlərinin sayı – 2827 nəfər
Təhsil alan tələbələrin (təqaüd alan və almayan) sayı – nəfər
Tələbələrdən həmkarlar ittifaqı üzvlərinin sayı – nəfər
İmişli rayon komitəsi üzrə ittifaq üzvlərinin (tələbələrlə birlikdə)
cəmi – 2827 nəfər.

ATİAHİ İmişli Rayon Komitəsinin sədri Əlimirzə Şirinov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əlimirzə Şirinov bu işin müqəddəsliyini qoruyub saxlayır. Əlimirzə Şirinov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Əlimirzə Şirinovdan danışdılar yaxşı ki, Əlimirzə Şirinov ATİAHİ İmişli Rayon Komitəsinin sədri təyin olunub… Əlimirzə Şirinov öz isguzarlığı ilə tanınır və seçilir….

Əlimirzə Şirinov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Əlimirzə Şirinovu heç vaxt əqidəsindən döndərə bilməz.

Əlimirzə Şirinov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əlimirzə Şirinov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əlimirzə Şirinov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Əlimirzə Şirinovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əlimirzə Şirinov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əlimirzə Şirinov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun ATİAHİ İmişli Rayon Komitəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əlimirzə Şirinov özünü doğruldub. Bizdə hörmətli Əlimirzə Şirinovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər