Bill Gates ilk dəfə çip taxmaq iddialarına — CAVAB VERDİ

Bill Gates ilk dəfə çip taxmaq iddialarına — CAVAB VERDİ


Bill Gates uzun müddət sonra ilk dəfə insanların koronavirus pandemiyasını onun adı ilə əlaqələndirərək əsas məqsədin əhaliyə çip taxmaq olduğu iddiasına cavab verib.
Ted.az bildirir ki, Bill ve Melinda Gates təşkilatı ilə birgə koronavirusun qarşısını almaq üçün 300 milyon dollar pul xərcləyən Bill Gates CBS-yə açıqlamasında pandemiyanın yayılmasında əli olmadığını bildirib.

O qeyd edib ki, bu iddiaların necə və haradan yarandığını, həqiqətən, bilmir.
B.Gates həyat yoldaşı ilə birgə təsis etdiyi təşkilatın məqsədinin isə çip taxmaq olmadığını vurğulayıb. O, ümumiyyətlə, bu tip iddiaları çox absurd hesab etdiyini dilə gətirib.

Qeyd edək ki, B.Gates bir müddət öncə verdiyi açıqlamada koronavirusun belə geniş yayılmasını sosial şəbəkələrdə yalan məlumatların dolaşması ilə əlaqələndirmişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər