“Azərbaycanda Qadın sahibkarlığı” onlayn forumu keçirilib

“Azərbaycanda Qadın sahibkarlığı” onlayn forumu keçirilib


18 iyulda Sabunçu Gənclər Evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Qadın sahibkarlığı” forumu keçirilib. Onlayn keçirilən forum Sabunçu Gənclər Evinin Facebook səhifəsi üzərindən 2330 nəfər tərəfindən izlənilib, 7716 nəfərə çatıb. .

Forumda spiker qismində- Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Günel Məmmədhəsənova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Aqrar və Sənaye Komissiyasının rəhbəri Rəna Qəfərova, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti Billurə Bayramova-Bernard, beynəlxalq şirkətlərdə insan resurslarının idarə edilməsinin müxtəlif sahələri üzrə yüksək ixtisaslı peşəkar Çimnaz Qasımova, “Social İnnovation Lab” şirkətində sahibkarlıq proqramları üzrə icraçı direktoru Mehin Cəbrayılova və CAN təşkilatının sədri, modelyer Şervin Nəcəfpur çıxış ediblər.

“Azərbaycanda Qadın sahibkarlığı” forumu çərçivəsində pademiya-post pandemiya dövrünün sahibkarlıq fəaliyyətinə təsiri, pandemiya dövründə sahibkarlıqda risklər, qadın sahibkarlığının inkişafı üçün imkanlar, Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətləri ilə məşğulluq dərəcəsi və üstünlükləri haqqında danışılıb.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.



“Azərbaycanda Qadın sahibkarlığı” onlayn forumu keçirilib
“Azərbaycanda Qadın sahibkarlığı” onlayn forumu keçirilib
“Azərbaycanda Qadın sahibkarlığı” onlayn forumu keçirilib
“Azərbaycanda Qadın sahibkarlığı” onlayn forumu keçirilib
“Azərbaycanda Qadın sahibkarlığı” onlayn forumu keçirilib
“Azərbaycanda Qadın sahibkarlığı” onlayn forumu keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər