Süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı azaldı

Süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı azaldı


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 19-na olan statistik göstəriciləri açıqlayıb.

Məlumata əsasən hazırda ölkədə 8200 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 340 nəfər reanimasiyada, 55 nəfər isə (ötən gün 63) süni tənəffüs cihazındadır.

Ümumilikdə 27 521 nəfər virusa yoluxub, 18 967 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 8 095 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 627 881 test aparılıb.

Qeyd edək ki, bu gün 388 koronavirusa yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib, 517 nəfər sağalıb.

Süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı azaldıБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər