SOCAR Azərbaycanın ən iri layihələrindən birini dayandırdı

SOCAR Azərbaycanın ən iri layihələrindən birini dayandırdı













Səbəb neftin qiymətinin ucuzlaşmasıdır

SOCAR dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən ölkədə neft-kimya kompleksinin tikintisi layihəsinin icrasını dayandırıb, lakin istismar olunan neft emalı və kimya obyektlərinin modernləşdirilməsinə 1,3 mlrd. dollar xərcləmək niyyətindədir.

Bu barədə “Reuters”ə verdiyi müsahibədə şirkətin vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

Qeyd edək ki, SOCAR bundan əvvəl Bakıdan 60 km məsafədə yerləşən Sanqaçalda neft-kimya kompleksi tikməyi planlaşdırıb.

Yaponiyanın “Mitsui” və bir neçə digər xarici şirkətlərin maraq göstərdiyi layihəyə yatırılacaq investisiyaların həcmi əvvəlcə 17 mlrd. dollar məbləğində dəyərləndirilib. Lakin neft emalı zavodu layihədən çıxarıldıqdan sonra, onun dəyəri 8,5 mlrd. dollara enib.

“Biz deyə bilərik ki, qaz emalı və neft-kimya kompleksi layihəsi üzrə fəal işlərin aparılması müvəqqəti dayandırılıb”, – Tofiq Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, SOCAR “Mitsui” şirkətinin layihədə sərmayəçi və tərəfdaş qismində iştirakının davam etdirilməsinə dair hələ də danışıqlar aparır.

Tofiq Qəhrəmanov neftin qiymətinin bərpa olunacağı təqdirdə, şirkətin qaz emalı və neft-kimya kompleksi layihəsinə təkrar qayıdacağını bildirib. O vaxtadək isə şirkət Bakı Neft Emalı zavodunun və “Azərkimya” şirkətinin obyektlərinin əsaslı təmirini həyata keçirmək niyyətindədir

“Bu layihənin dəyəri 1,3 mlrd. dollar təşkil edir və maliyyələşmə dövlət büdcəsi hesabına həyata keçirilir”, - Qəhrəmanov deyib.

Onun sözlərinə görə, bir neçə mərhələli layihə dörd il ərzində icra ediləcək və bu müddət ərzində zavodun fəaliyyətində fasilələr istisna edilmir.

“Layihənin icrasından sonra neft emalı zavodunun gücü hazırkı 6 mln. tondan 7,5 mln. tonadək artacaq”, - o deyib.

Onun sözlərinə görə, rekonstruksiyadan sonra zavodda 7-8 yeni qurğu istismar ediləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər