"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTO

"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTO



Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq oteldə istirahət edən zaman “İnstagram” hesabından jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.
Yenicag.az məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Həbs cəzası verilən İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Qeyd edək ki, “Fairmont Baku” otel bir neçə gün əvvəl İnstaqram səhifəsində kampaniya elan edib. Otel kampaniyada müştərilərə çağırış edərək, “Həftəsonunu bizimlə birgə keçirin” deyə müraciət ünvanlayıb.

Xatırladaq ki, ötən il dekabrın 6-da Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş vermişdi. Qəza iştirakçılarından biri də Babayev İsmayıl Fətulla oğlunun idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobil idi. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəymişdi.

"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTO"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTO"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTO"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTO"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTO"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTO"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər