Bəhram Bağırzadənin vəziyyəti necədir? — Həkimi danışır

Bəhram Bağırzadənin vəziyyəti necədir? — Həkimi danışır


“Əməkdar artist Bəhram Bağırzadə hələlik traxeostoma vasitəsilə süni tənəffüs aparatının köməyilə nəfəs alır”.
Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov deyib.

O bildirib ki, xəstənin klinik vəziyyətində müsbət dinamika davam edir:
“Ağciyərlərin və ümumilikdə, bədənin reabilitasiyasına başlanılıb. Hamımız süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.

Həkim eyni zamanda bu çətin günlərdə gərgin iş fəaliyyətinə baxmayaraq, Bəhram Bağırzadənin timsalında xəstəxanada müalicə alan yüzlərlə xəstənin müalicəsinin təşkilini daim diqqətdə saxlayan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xəstələrin və xəstəxana kollektivinin adından sonsuz təşəkkürünü bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər