Zərdabda toy edənlər saxlanıldı - Video

Zərdabda toy edənlər saxlanıldı - Video


Zərdab rayonunda elan edilən xüsusi karantin rejimini pozaraq toy edən şəxslər saxlanılıblar.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinir.

Belə ki, Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq toy məclisi təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə 100 manat miqdarında cərimə ediliblər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər