"İcra başçısının polis oğlunun cəzalandırılması barədə xəbərlər həqiqətəuyğun deyil"

"İcra başçısının polis oğlunun cəzalandırılması barədə xəbərlər həqiqətəuyğun deyil"


“Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının oğlu olan Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Şəhriyar Hüseynzadənin Daxili İşlər Nazirliyi tərəfindən cəzalandırılması barədə iddialar həqiqətəuyğun deyil”. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

DİN rəsmisinin sözlərinə görə, Ş.Hüseynzadə işlədiyi ərazi üzrə xidmət göstərib: “Birmənalı olaraq deyirəm ki, Yasamal rayonunda keçirilən əməliyyat zamanı həmin polis zabitinin hərəkətində, əməlində heç bir qanunsuzluq, qanunupozma, kobudluq olmayıb. Ona görə də ona Daxili İşlər Nazirliyi tərəfindən heç bir cəza verilməyib. Həmin zaman orada olan əməkdaşlarının heç biri qanunazidd hərəkət etməyib. Atasının onu tənbeh etməsinə gəlincə, bu məsələ də araşdırılıb. Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı heç vaxt oğlunun işinə qarışmadığını və elə bir söz demədiyini bildirib. O deyib ki, oğlum Bakıda, mən isə Ağcəbədidəyəm, qətiyyən iddia edilən ifadələri işlətməmişəm”.



"İcra başçısının polis oğlunun cəzalandırılması barədə xəbərlər həqiqətəuyğun deyil"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər