Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi

Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.
Report xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Malik İbrahimov tutduğu vəzifədən azad edilərək İdarə rəisinin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə Alay komandirinin müavini, polkovnik-leytenant Raif Süleymanov YPX Alayının komandiri təyin olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər