Fikrət Qoca - QARDAŞIM HAMLET QOCAYA

Fikrət Qoca - QARDAŞIM HAMLET QOCAYA


Adın “Hamlet” – qoyuldu.
Ömrün Hamletdən betər,
Gərgin tamaşa oldu.
Dünya gəzdin, dolandın
Səfərdə yaşa doldun.
Kiçik qardaşım idin
Hərdən yeri gələndə
Böyük qardaşım oldun.
Səni təsəllim kimi
Yaratmışdı, Yaradan.
Bu səfərə hay-küysüz
Xəlvət çıxdın aradan.
Aradan il də keçdi.
Hələ də inanmıram.
Nə buz olub donmuram,
Nə od olub yanmıram.
Gözümün bəbəyini
Dağlayır göz yaşları.
Ürəyimin içində
Ağrıyır göz yaşlarım.
Tıxanıb boğazımda
Ağlayır göz yaşlarım.
Yenə aldatdın məni
Yenə də yer dəyişdin.
Sən mənim ölümümü
Heç görməyəsən deyə
Məndən qabağa keçdin.

01.06.2020
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər