Arif Seyidov: Göygöl rayon ictimaiyyəti ölkə rəhbərinin həyata keçirdiyi korrupsiyaya qarşı siyasətini dəstəkləyir

Arif Seyidov: Göygöl rayon ictimaiyyəti ölkə rəhbərinin həyata keçirdiyi korrupsiyaya qarşı siyasətini dəstəkləyir

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov - Məlum olduğu kimi son günlər Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən korrupsiya hallarına yol verən şəxslərə qarşı həbslərə başlanılıb. Həyata keçirilən bu cür tədbirlər bölgələrdə xüsusi rəğbətlə qarşılanmaqdadır. Göygöl rayonunda yaşayan ziyalılar tərəfindən Prezident İlham Əliyevin rüşvət və korrupsiya hallarına qarşı tutduğu barışmaz mövqeyi yüksək qiymətləndirilib və bu istiqamətdə ölkə başçısına dəstək ifadə olunub. Qeyd olunub ki, cənab Prezidentimiz xalqımızın COVİD-19 pandemiyasından az itki ilə çıxmasına çalışdığı bu dövrdə həmin məmurların bu cür hərəkətləri xalqımıza və dövlətimizə qarşı xəyanət kimi qiymətləndirilir. Əhalinin sözlərinə görə aparılan mübarizə tədbirləri onu göstərdi ki, dövlət başçısının tövsiyələrinə əməl etməyən, çirkin oyunlarından əl çəkməyən həddə yüksək vəzifə tutmuş məmurlarda məsuliyyətdən yayına bilməyəcəklər.

Göygöl rayonunda imtahanların qüsursuz keçirilməsi üçün lazımi şərait yaradılır

Arif Seyidov: Göygöl rayon ictimaiyyəti ölkə rəhbərinin həyata keçirdiyi korrupsiyaya qarşı siyasətini dəstəkləyir

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə müəyyən dəyişikliklərin edilməsini zəruri edib. Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair müvəqqəti müddəalar təqdim olunub. Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur. Həmçinin buraxılış imtahanlarının iyun ayı ərzində, ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi planlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.
Respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, DİM-in tələb və tövsiyələrinə birmənalı şəkildə əməl olunur. Məktəblərdə imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılır, verilmiş tapşırıqlar icra olunur.

Yeni növ koronavirus (COVİD 19) pandemiyası ilə mübarizədə Göygöl rayon könüllüləri fəal iştirak edirlər

Arif Seyidov: Göygöl rayon ictimaiyyəti ölkə rəhbərinin həyata keçirdiyi korrupsiyaya qarşı siyasətini dəstəkləyir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına dəstək olaraq Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin tövsiyələrinə uyğun Göygöl rayon könüllüləri öz fəaliyyətlərini böyük ruh yüksəkliyi ilə davam etdirərək yeni növ koronovirus (COVİD 19) infeksiyasına qarşı mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin icra olunmasında fəal iştirak edirlər. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində karantin rejiminin tətbiqinə başlandığı ilk gündən etibarən Göygöl Rayon İcra Hakimiyyətinin, YAP Göygöl Rayon Təşkilatının, “Aqrar İnkişaf Könüllüləri” Göygöl DAİM nümayəndəliyinin və Göygöl Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin birgə təşkil etdiyi tədbirlər çərçivəsində könüllülər rayonda yaşayan 65 yaşdan yuxarı olan tənhalara və aztəminatlı ailələrə baş çəkərək onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər.
“Böyüklərimizi qoruyaq!” devizi altında rayonumuzun bütün yaşayış məntəqələrində yüzə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan ailələrə dəstək göstərilməsində iştirak etmişlər.
Könüllülər Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Göygöl rayonunda yaşayan müharibə veteranlarını ziyarət edərək, onları bayram sovqatı ilə təbrik etmişdilər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin əhali arasında geniş təbliğ olunması məqsədi ilə Göygöl rayon könüllüləri “Biz birlikdə güclüyük”, “Evdə qal inkişafdan qalma”, “Sağlamlığımız milli həmrəyliyimizdədir” şüarları altında keçirilən aksiyalarda iştirak edərək, öz dəstəklərini göstərirlər.
Rayonumuzda “Könüllü Qonşu” aksiyası böyük həvəslə və ruh yüksəkliyi ilə həyata keçirilmiş. Belə ki, aksiya çərçivəsində könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylamış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişlər.
Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər