Rusiyalı ekspertlər: “Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” — ŞƏRH

Rusiyalı ekspertlər: “Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” — ŞƏRH


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bəyanatı Ermənistanı qıcıqlandırmağa davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Zohrab Mnatsakanyan Rusiyadan açıqlama tələb etməyə çağırılır. S.Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması ilə əlaqədar sənədin danışıqlar masasında olması barədə bəyanatı erməni siyasi dairələrinin qəzəbinə səbəb olub.
“Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan Rusiya XİN rəhbərinin açıqlamasının Ermənistan rəhbərliyinin “bu gün heç bir danışıqların və danışıqlar masasında heç bir sənədin olmaması” barədə iddiaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb:

“Ermənistan XİN rusiyalı həmkarlarından izahat tələb etməlidir. Üstəlik, hesab edirəm ki, həmin məsələ ilə baş nazir Paşinyan özü məşğul olmalıdır. Bu mövzuda daim spekulyasiya edilir, buna görə də, məsələyə aydınlıq gətirmək lazımdır. Mən Ermənistanda bu sənəd çərçivəsində güzəşt edə biləcək bir hökuməti, sadəcə, təsəvvür edə bilmirəm”.

Z.Mnatsakanyan isə özünü doğrultmağa çalışaraq, rusiyalı həmkarı S.Lavrovun bəyanatında çoxsaylı sənədlərə istinadların olduğunu qeyd edib:

“Söhbət həm də son iki ildə müzakirə olunan sənəd haqqında gedirdi. Bənzər yanaşma və təkliflər 2014 və 2016-cı illərdə olub və bu, erməni tərəfi üçün qəbuledilməz sayılıb”.

Ancaq Z.Mnatsakanyana heç kim inanmayıb.

Beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyanın sözlərinə görə, S.Lavrov özünün bir təklifi ilə Ermənistan tərəfinin dörd iddiasını təkzib edib: bu gün heç bir danışıq aparılmır, yalnız müzakirə və məsləhətləşmələr davam etdirilir, danışıqlar masasında heç bir konkret sənəd yoxdur, hakimiyyət xalqdan heç nə gizlətmir, tənzimləmə üçün mərhələli seçim müzakirə edilmir.

Bununla yanaşı, S.Lavrov birmənalı şəkildə bildirib ki, bu gün Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında mərhələli həll yolunu təklif edən sənəd var.

Ermənistan cəmiyyətinin belə kəskin reaksiyasına səbəb nədir? Axı, Ermənistan rəsmilərinin nə deməsindən asılı olmayaraq, danışıqlar masasında mərhələli həll planının olması çoxdan məlum idi...

Media.Az “Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenkonun və Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiyası və həmvətənlərlə münasibətlər üzrə ekspert şurasının üzvü Aleksandr Savelyevin məsələ ilə bağlı münasibətini öyrənib.

İqor Korotçenko:

- Ermənistanda iqtisadi və siyasi turbulentliyin necə artdığını görürük.

Vəziyyət hökumətin nəzarətindən çıxmaqdadır. Siyasi klanlar arasında sərt münaqişələr gedir, Nikol Paşinyan isə qəsbkar kimi fəaliyyət göstərir. Bu şəraitdə Yerevandakı mövcud rejimin siyasi əleyhdarları hücum üçün hər hansı bəhanədən fəal istifadə edirlər.

Prinsipcə, həqiqətən, Sergey Lavrov yeni bir şey söyləmədi. Rusiya hökuməti Xarici İşlər nazirinin dili ilə Azərbaycanın suverenliyinin və toxunulmazlıq prinsipinin sarsılmazlığını təsdiqlədi. Ermənistanda isə xaos böyüyür. Rejim qeyri-sabitdir, iqtisadiyyat uçuruma doğru gedir. Həm Ermənistan Xarici İşlər Nazirliyinin qəzəbli reaksiyası, həm də ictimai şüurun qıcıqlanması bu proseslərin bir təzahürüdür.

Rusiyaya gəldikdə, təkrar edirəm, Azərbaycanın ərazi bütövlüyü prinsipinin toxunulmazlığı bir daha təsdiqləndi. İşğalçının hansı, zərərçəkənin hansı tərəf olduğu heç kimdə şübhə doğurmur. Rusiya XİN vəziyyətin həll olunmasının tərəfdarıdır. Suveren bir ölkənin ərazisini sonsuz müddətə işğal etmək olmaz. Ən yaxşı, praqmatik addım işğal altındakı beş rayonun Azərbaycana qaytarılmasıdır. Sonra daha iki rayonun... Eyni zamanda, Azərbaycan Ermənistanla Dağlıq Qarabağ arasında kommunikasiya imkanlarını təmin edə bilər, lakin hərbi malların və qoşunların daşınmasını deyil.

Bundan sonra həm Azərbaycan, həm də erməni icmalarının iştirak edəcəyi referendum gəlir. Dinc, yanaşı yaşamaq təmin edilə bilər, bunun üçün Qarabağdakı qanunsuz hərbi birləşmələri tərksilah etmək lazımdır. Ehtiyac olacağı təqdirdə sülhməramlılar (məsələn, KTMT-dən) yerləşdirilməlidir. Bundan sonra yerli parlamentin, polis qüvvələrinin yaradılması gəlir. Qarabağın statusu bu regionun Azərbaycanın ərazisi olduğunun tam dərki şərtilə təxirə salına bilər. Və ən başlıcası, firavanlıqdır. Bəllidir ki, Qarabağın inkişafı üçün Azərbaycanın imkanları Ermənistanla müqayisə olunmayacaq qədər çoxdur. Dağlıq Qarabağ isə Azərbaycandır.

Aleksandr Savelyev:

- Ermənistanın xarici işlər naziri Rusiya Xarici İşlər nazirinin danışıqlar masasında olan sənədlə bağlı dediklərini təkzib edirsə, bu, yalnız bir şeyi göstərir - Yerevanda heç bir həll yolu istəmirlər, “status-kvo”nu qorumağa çalışırlar.

- Axı Sergey Lavrov yeni bir şey demədi, Yerevanda niyə belə bir qəzəb yüksəlişi var?

- Başqasının məntiqini bəzən başa düşmək çətindir. Danışıqlar irəliləmirdi, bu, erməni tərəfinə sərf edirdi. Ermənistanda Rusiyanın tənzimləmə çağırışlarını sadəcə, rəsmi hesab etdikləri ehtimalını da istisna etmirəm. Buna görə, bəziləri üçün bəyanatın ritual deyil, real siyasi xarakter daşıması təəccüb doğurdu.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər