Türkiyədə Rusiyanı “qeyri-ciddi dövlət” adlandırıblar

Türkiyədə Rusiyanı “qeyri-ciddi dövlət” adlandırıblar

















“Moskvanın vəzifəsi Əsəd rejiminin çökməsinə imkan verməməkdir”

Türkiyə diplomatik yol ilə “Su-24” təyyarəsi vurulduqdan sonra yaranan problemi müzakirə və həll etməyə çalışır, amma Rusiya gərginliyin artmasına yönəlmiş addımlar atır.

Bu barədə türk prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.

Onun sözlərinə görə, Moskva özünü qeyri-ciddi dövlət kimi aparır, “mənasız təbliğat, əsassız ittiham və yalanlara” üstünlük verir.

“2016-cı ilin yanvar ayının 29-da Rusiya növbəti dəfə Türkiyənin hava məkanını pozub. Bundan sonra prezident Ərdoğan Vladimir Putin ilə telefon ilə əlaqə saxlamaq istəsə də, Rusiya tərəfi buna reaksiya vermir”, - Kalın bildirib.

Onun fikrincə, Ankaranın bu məsələləri Moskva ilə deyil, NATO-dakı tərəfdaşları ilə müzakirə etməsinə dair Moskvanın bəyanatlarının qeyri-səmimi olmasını sübut edir.

“Bir tərəfdən Putin Ərdoğan ilə əlaqədən qaçır, digər tərəfdən isə onlarla heç kimin əlaqə qurmadığını bəyan edir. Real vəziyyət belədir”, - mətbuat katibi bildirib.

Kalın hətta əlavə edib ki, “Rusiya öz aqressiv davranışları ilə Suriyada rejim və müxalifət arasında danışıqların məqsədyönlülüyünü şübhə altına qoyur”.

“Sentyabrın 30-dan başlayaraq Rusiyanın HKQ mülki obyektlərə və müxalifət qüvvələrinə zərbələr endirir. Aydındır ki, Rusiyanın məqsədi İŞİD deyil. Rusiyanın vəzifəsi Əsəd rejiminin çökməsinə imkan verməməkdir”, - Ərdoğanın mətbuat katibi bildirib.

Qeyd edək ki, Rusiya və Türkiyə münasibətlərində böhran noyabrın 24-də Rusiyaya məxsus “Su-24” bombardımançı təyyarəsinin türk qırıcısı tərəfindən vurulduqdan sonra başlayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər