“Hökumət aztəminatlı insanlarımıza dəstək verəcək” — İİTKM direktoru

“Hökumət aztəminatlı insanlarımıza dəstək verəcək” — İİTKM direktoru


Azərbaycan dövləti sosial proqramlarının əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək verəcək”.
Bu sözləri Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

İİTKM rəhbəri bildirib ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İşçi qrupu bu yaxınlarda müvafiq təkliflər təqdim edəcək:

“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir”.

İcraçı direktor əlavə edib ki, belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və onu post-korona dövrünə daha yaxşı hazırlayacaq: “Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Biz iqtisadi itkiləri bərpa edə biləcəyik. Amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır”.

O həmçinin qeyd edib ki, dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada əhəmiyyətli müəssisələr - AZAL, BNA, "Bakı Metropoliteni", "Azərbaycan Dəmir Yolları" və s. qurumlara da dəstək veriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər