İlham Əliyev Paşinyanla debatından danışdı: “Bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur” — VİDEO

İlham Əliyev Paşinyanla debatından danışdı: “Bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur” — VİDEO


“Münhen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulub. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilib”.

Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib.

Dövlət başçısı hesab edir ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur.

“Münhen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilib.

Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, - mən bunu Valday Forumunda da canlı efirdə demişdim, - Qarabağ Azərbaycandır və nida işarəsi”,-deyə Prezident əlavə edib.

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debat keçirilib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər