İşləyənlərin NƏZƏRİNƏ! Koronavirusdan qorunmaq üçün bunları edin

İşləyənlərin NƏZƏRİNƏ! Koronavirusdan qorunmaq üçün bunları edin


Koronavirusla mübarizə tədbirləri çərçivəsində iş geyimləri ilə əlaqədar müəyyən edilən tövsiyələr açıqlanıb.
Trend xəbər verir ki, gigiyena etiketi xəstəlik və xəstəliyin yayılmasının qarşısını alan təcrübələri əhatə edir. Ağır tənəffüs yolu xəstəlikləri isə öskürmə və ya asqırma zamanı, çirkli əllər vasitəsilə daha tez yayılır.

Xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edən yollar:

 Öskürmə və asqırma zamanı ağız və burun dəsmal və ya məndillə bağlanmalı;
 İstifadə olunmuş dəsmal zibil qutusuna atılmalı;
 Dəsmal olmadıqda isə öskürmə və asqırma zamanı qolun üst (bazu-çiyin) nahiyəsi ilə ağız və burun bağlanmalıdır;
 Əllər tez-tez yuyulmalıdır.

İş geyimi ilə əlaqədar gigiyenik qaydalar:

 İşə başlamazdan əvvəl üst paltarı, ayaqqabı, şəxsi əşyalar qarderoba
yerləşdirilməlidir;

 İş və şəxsi geyimləri müxtəlif dolablarda saxlanılmalıdır;

 İş geyiminə xüsusi forma, xalat, önlük, başlıq və ayaqqabı aiddir;

 İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan (bone) istifadə edilməlidir;

 İş zamanı təmiz paltarda olmalı, çirkləndikdə dəyişdirilməlidir;

 Sanitar qovşağa getdikdə önlük, başlıq çıxarılmalı, əllər sabunla təmiz yuyulduqdan sonra təkrar geyinilməlidir;

 Çirkli iş geyimlərinin ev şəraitində yuyulmasına yol verilmir. İş geyimləri yalnız
ixtisaslaşmış çamaşırxanalarda yuyulmalıdır;

 İşçi formasında məkandan kənara çıxmaq arzuolunmazdır;

 Baş örtükləri saçları tam olaraq əhatə etməlidir ki, bu da kəpək və tükün qida
məhsullarına və hazır yeməklərə düşməsinin qarşısını alır. Saçların təmizliyi də
önəmlidir. Kişilər saçlarını vaxtı-vaxtında kəsdirməli və üzünü təraş etməlidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər