Gömrük Komitəsinin sədrindən yeni QƏRAR — Bu şəxslər risk kateqoriyasından çıxarıldı

Gömrük Komitəsinin sədrindən yeni QƏRAR — Bu şəxslər risk kateqoriyasından çıxarıldı


“Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları”nda dəyişiklik edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qərar imzalayıb.

Qərarla sənədin 1.2.4-cü yarımbəndindən “mal sahibləri” sözlərindən sonra “daşıyıcılar” sözü əlavə edilib.

Həmin yarımbənd elektron məlumat mübadiləsi ilə əlaqədardır.

Bildirilir ki, elektron məlumat mübadiləsinə İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi daxildir.

Yeni qərarla isə mal sahibləri ilə yanaşı, daşıyıcılar da məlumat mübadiləsinə daxil edilib.

Qərarda sənədin 3-cü hissəsində də dəyişiklik olub.

Sənədin müvafiq hissəsi faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyənləşdirilməsi ilə bağlıdır.

3.1.5-ci yarımbəndə görə, şəxsin yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda həmin adam faktiki olaraq üçüncü tərəf üçün malları idxal və ya ixrac edənlər kateqoriyasına aid edilir.

Yeni qərarla isə bu yarımbənd ləğv edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər