Koronavirus pandemiya elan edildi

Koronavirus pandemiya elan edildi


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu (Covid-19) pandemiya olaraq elan edib.
CNN Türk xəbər verir ki, bu barədə ÜST-ün direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.

O deyib ki, 2 həftə ərzində virusun yayıldığı ölkələrin sayı 3 dəfə artıb:

“Pandemiya yumşaq və diqqətdən kənarda saxlanılacaq bir söz deyil. Yanlış istifadə edilərsə, məntiqsiz qorxuya və ölümə səbəb olan bir sözdür”.

Qeyd edək ki, koronavirus hazırda 114 ölkədə yayılıb. Ümumilikdə 118 min 381 nəfər bu virusa yoluxub və 4292 nəfər ölüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər