Tramp koronavirusa görə yoxlanışdan keçmədi – Səbəb

Tramp koronavirusa görə yoxlanışdan keçmədi – Səbəb


Donald Tramp koronavirus yoxlanışından keçməyib.

“Reuters”in xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, “Prezident COVID-19 (koronavirus) testindən keçməyib. Çünki o, COVID-19 virusuna yoluxması təsdiqlənmiş şəxslərlə yaxın əlaqədə olmayıb və prezidentdə bu virusun simptomları yoxdur. Prezident Tramp sağlamdır və həkimin yaxından nəzarəti davam edəcək.
Qeyd edək ki, bu günlərdə D. Trampın görüşdüyü senatorlardan ikisi virusa yoluxma ehtimalı ilə əlaqədar karantinə alınıb. Həmin senatorlar COVID-19-a yoluxması təsdiqlənmiş şəxsin də qatıldığı görüşdə olublar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər