Elza Seyidcahan xəstəxanaya yerləşdirildi — DİN hərəkətə keçdi

Elza Seyidcahan xəstəxanaya yerləşdirildi — DİN hərəkətə keçdi


Əməkdar artist Elza Seyidcahanın halı pisləşib və xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni , seçki günü bacısı və özünün döyüldüyünü iddia edib.

Seçkilərdə uduzan ifaçı İnstaqramda canlı yayıma girərək ağlaya-ağlaya qollarının keyidiyini, ayaqüstə dura bilmədiyini bildirib. Affekt vəziyyətinə düşən Seyidcahana təcili yardım çağrılıb. Xızıda olan müğənni ilkin yardım edilməsinə imkan verməyib və Bakıya gətirilməsini istəyib. Bacısı və kürəkənini köməkliyi ilə maşına otuzdurulan Elza Bakıya gətirilib və xəstəxanaya yerləşdirilib.
Sənətçinin döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.

Axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.

“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər