Yumurta və toyuq ətinin qiyməti BAHALAŞDI

Yumurta və toyuq ətinin qiyməti BAHALAŞDI


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çxattisqarx, Slovakiyanın Nitryansk və Trnavsk, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Kursk vilayətində isə Nyukasl xəstəliyi müəyyən edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə yanvarın 27-dən etibarən həmin ölkələrdən quş və quş əti idxalını müvəqqəti dayandırıb.

Bu ərəfədə isə Bakıdakı bəzi satış nöqtələrində yumurta və toyuq ətinin qiymətində bahalaşma müşahidə edilir. Maraqlıdır, yerli istehsal daxili tələbatı tam ödəmək iqtidarındadırmı?

Məsələ ilə bağlı Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, quş əti və yumurta istehsalı daxili tələbatı tam ödəyir:

“Bu baxımdan düşünmürəm ki, məhdudiyyət hansısa problem yarada bilər. Bizim daxili tələbat hər zaman quş əti və yumurta ilə tam ödənilib. Hətta yumurtanı xaricə də ixrac edirik. Dediyiniz indiki bahalaşma mövsümi xarakter daşıyır. Bildiyiniz kimi biz yem və yem əlavələrini xaricdən alırıq. Qış mövsümündə qida əlavələri baha olduğu üçün daxildə cüzi bahalaşma var”.

A.Vəliyevin sözlərinə görə, 2019-cu ildə yumurta istehsalı 1 milyard 800 milyon ədəd olub:

“Sənaye quşçuluqda 50 min ton quş əti istehsal edilib. Qalan istehsal isə fərdi təsərrüfatlar, kiçik və orta sahibkarlar tərəfindən ödənilib”.

Sədr qeyd edib ki, respublika ərazisində epizodik durum normaldır, hansısa təsərrüfatda quş qripinə yoluxmaya rast gəlinmir. (modern.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər