Rusiya parlamenti bu gün yeni Baş naziri seçəcək

Rusiya parlamenti bu gün yeni Baş naziri seçəcək


Putin Rusiya hökumətini buraxdıqdan sonra baş nazir Dmitriy Medvedyevin yerinə Federal vergilər xidmətinin rəhbəri Mixail Mişustini təklif edib.
“Ölkə.Az” RİA-Novosti-yə istinadən xəbər verir ki, bu gün Rusiya Dövlət Dumasının aşağı palatası prezident Putinin baş nazir postuna təklif etdiyi Mixail Mişustinin namizədliyini müzakirə edəcək.

Parlamentin iclasınadək baş nazir postuna namizəd Mişustun partlamentdə təmsil olunan dörd fraksiyanın nümayəndələri ilə görüşəcək.
Putinin yanvarın 15-də Federal Məclisə müraciətindən sonra Rusiya hökuməti tam tərkibdə istefaya gedib.
Putin istefaya gedən baş nazir Dmitriy Medvedyev üçün xüsusi olaraq Təhlükəsizlik Şurasının sədr müavini postu yaratmaq niyyətindədir. Putin Medvedyevə bundan sonra ölkənin müdafiə qabliyyəti və təhlükəsizliyi ilə məşğul olmağı təklif edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər