Nizami Həsənov dövlətin maliyyə siyasətinin regionda uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirir - ÖZƏL

Nizami Həsənov dövlətin maliyyə siyasətinin regionda uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirir - ÖZƏL


Dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Nizami müəllimin rəhbərlik etdiyi 2 saylı Regional Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 2 saylı Regional Maliyyə idarəsinin rəisi Nizami Həsənovdur.

2 saylı Regional Maliyyə idarəsinin rəisi Nizami Həsənov dövlətin maliyyə siyasətinin regionda uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır.

2 saylı Regional Maliyyə idarəsinin rəisi Nizami Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Nizami Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Nizami Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Bakuxeber.info olaraq sorğu apardıq ağız dolusu Nizami Həsənovdan danışdılar yaxşı ki, Nizami Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Nizami Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Nizami Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Nizami Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 2 saylı Regional Maliyyə idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər