Deputat Qasım Süleymanini Rembo ilə müqayisə ETDİ

Deputat Qasım Süleymanini Rembo ilə müqayisə ETDİ


“Görürəm ki, burada çoxları iranlı generalın qətlinin guya Azərbaycan cəmiyyətini ikiyə parçaladığı haqda fikirlər bölüşürlər. Bir çoxları bunu qəsdən edirlər, burası aydındır. Amma yanılanların nəzərinə çatdırıram ki, bəzi satınalınmış, yaxud da məzhəb təəssübkeşliyi adı altında tovlanmışları çıxmaqla Qasım Süleymanini özlərinə kumir seçənlərin əksəriyyəti ona Remboya necə yanaşılırsa, o cür yanaşırlar. Qasım Süleymani onların nəzərində İran generalından çox, bütün dünyaya meydan oxuyan qəhrəmandı”.

Modern.az xəbər verir ki, bunu özünün feysbuk hesabında beşinci çağırış Milli Məclisin deputatı Sahıb Alıyev yazıb.

“Baxın, elələrindən biri buradan soydaşlarımıza səslənir ki, əgər ABŞ-da qohumlarınız və yaxınlarınız varsa, deyin tezliklə o ölkəni tərk etsinlər, çünki İran oranı yer üzündən siləcək. Yəni İranın ABŞ-ı yer üzündən silə biləcəyini düşünən adama kimi istəsən qəhrəman kimi sırımaq olar. Həmən adam o səviyyədə deyil ki, Qasım Süleymani mifinin Rembonunkundan çox da fərqlənmədiyini və onların heç birinin Azərbaycana, azərbaycanlılara dəxili olmadıqlarını anlasın.

Bəli, Qasım Süleymani heç də təqdim və təlqin edilən adam deyil, o da bir növ Rembo sayaq qəhrəmanlaşdırılırb. Qasım Süleymaniylə Rembonu fərqləndirən isə ancaq odur ki, birincinin qəhrəmanlaşdırılması İranın, ikincininki isə ABŞ-ın maraqlarına xidmət edir, birinci real adamıydı, ikinci isə kino qəhrəmanıdı, vəssalam.

Əlbəttə, Qasım Süleymaninin müəyyən igidlikləri olub. Amma onun şəxsiyyəti bilərəkdən şişirdilib ki, bunu da təkcə İran hakimiyyəti etməyib. Yaxın Şərq cəbhəsində artıq çoxdandır ki, İranla Qərbin qarşıdurması ideologiyadan daha çox güc tətbiqinə dayanır. O üzdən də qərbdəki bəlli çevrələr İranın personlaşmış obrazı kimi Xamneyini deyil də general Qasım Süleymaninin şəxsiyyətini qabardır və rəsmi Tehranın pislik kimi qiymətləndirdikləri addımlarının az qala hamısını onun adına yazırdılar.

Qasım Süleymaninin qəhrəmanlaşdırlması mollakratiyaya da lazım idi ki, böyük iqtisadi çətinliklərlə üzləşən İranın Suriya, İraq, Livan, Yəmən və digər ölkələrdə müxtəlif əməliyyatların aparılması üçün milyardlarla dollar vəsait ayırmasını xalqa nisbətən asan həzm etdirsin. Onda belə bir təəssürat yaranırdı ki, bu pullar adı çəkilən ölkələrə ayrılmır, onları gözü və könlü tox Qasım Süleymani İranın adını daha da ucalara qaldırmaq üçün qəhrəmanlıqlara sərf edir.

Qasim Süleymani mollakratiyaya, eyni zamanda ölkədəki narazılıqlar kontroldan çıxacağı halda lazım olacaqdı. Onun mifləşdirilməsi həm də bununla bağlı idi.

Təbii ki, burada iranlı generalın öldürülməsinə narazılığını bildirən və təəssüflənənlərin arasında ölkəsinin maraqlarından çıxış edən savadlı adamlar da az deyil. Amma onların narazılığı bu qətlin açıq şəkildə beynəlxalq normaların ayaq altına atılaraq törədilməsiylə bağlıdır. Baxmayaraq ki, o özü və onu çeşidli əməliyyatlar üçün göndərənlər də heç də həmişə beynəlxalq normalara uyğun hərəkət etmirdilər.

Beləliklə, bir daha vurğulayıram ki, iranlı generalın qətli bəzilərinin burada yazdıqları kimi Azərbaycanı iki yerə parçalamayıb və parçalaya da bilməz. Azərbaycan və azərbaycanlılar birləşməyə təşnədirlər, parçalanmağa yox. Tanrı Azərbaycanı, Ali Baş Komandanımız başda olmaqla azərbaycanlı əsgər, zabit və generallarımızı qorusun!”, – deyə S.Alıyev bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər