Berlində miqrantlar 13 yaşlı qızı vəhşicəsinə zorlayıblar

Berlində miqrantlar 13 yaşlı qızı vəhşicəsinə zorlayıblar

















Döyülmüş və zorlanmış gənc qızı küçəyə atıblar

Berlində 3 nəfər (onların Yaxın Şərq ölkələrindən olmaları təxmin edilir) rusdilli ailədən olan qızı zorlayıblar.

Bu barədə Rusiyanın Birinci kanalında yanvarın 16-da efirə gedən süjetdə bildirilir.

Rusiyalı almanların ailəsindən olan 13 yaşlı qız yanvarın 11-də məktəbə gedərkən yoxa çıxıb.

Məlumata görə, o avtobusa oturaraq S Bahn Mahlsdorf (şəhər qatarı) stansiyasına gedib. Lakin qız stansiyanın vestibülünə girməyib. Onu bir sutka sonra küçədə tapıblar.

Qızın xalası bildirib ki, Yaxın Şərqdən olan bir nəfər onun bacısı qızına yaxınlaşaraq məktəbə qədər aparmağı təklif edib. Gənc qız avtomobilə oturanda kişinin tək olmadığını görüb.

“Uşaq danşıb ki, mənzildə yalnız çarpayı və döşəmənin üstündə bir döşək var idi. Mənzildə başqa heç nə yox idi. Onlar qızı çarpayının üstünə yıxaraq, növbə ilə öz işlərini görüblər. Üç nəfə idilər. Gəlmələrə oxşayırdılar”, - zərərçəkmiş şəxsin qohumu bildirib.

O əlavə edib ki, 30 saat sonra, gənc qızı döyülmüş və zorlanmış vəziyyətdə küçəyə atıblar.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, polis cinayətkarları axtarmaqdan imtina edir. Qızın dayısı iddia edir ki, uşağı valideynlərsiz və sosial xidmətin işçiçi olmadan 3 saat sorğu-sual ediblər, lakin cinayət işi açmayıblar.

Berlin polisi Rusiya telekanalına baş verənlərlə bağlı şərh verməkdən imtina edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər