Azərbaycanda bu qədər “Xalq artisti” və “Əməkdar artist” var imiş — SAYI AÇIQLANDI

Azərbaycanda bu qədər “Xalq artisti” və “Əməkdar artist” var imiş — SAYI AÇIQLANDI

“Hazırda Azərbaycanda 230 nəfərdən çox “Xalq artisti”, 340 nəfərdən çox isə “Əməkdar artist” fəxri adına layiq görülənlər var”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin İctiamiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib.

İ.Hümbətov qeyd edib ki, siyahıda olanlar hazırda yaşayan və təqaüd alanlardır.
Qeyd edək ki, “Xalq artisti” fəxri adına görə ödənilən aylıq təqaüdün məbləği 150 manat, “Əməkdar artist” fəxri adına görə ödənilən aylıq təqaüdün məbləği isə 100 manatdır.

Xatırladaq ki, sonuncu dəfə “Xalq artisti” fəxri adı bu il oktyabrın 23-də müğənnilər Röyalə Nəcəfova (Röya), Mir Yusif Mirbabayev və Tünzalə Ağayevaya verilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər