Qazax dövlətin qayğısı və diqqəti sayəsində aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur - ÖZƏL

Dövlət hər zaman öz vətəndaşının yanındadır

Qazax dövlətin qayğısı və diqqəti sayəsində aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur - ÖZƏL


“Biz yaxşı bilirik ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Heydər Əliyev Fondu və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən Qarabağ müharibəsi əlili Qurban Qurbanovun ölkə başçısının ona bəxş etdiyi və girovda olan evinin ona qaytarılması bir daha sübut etdi ki, müstəqil Azərbaycan dövlətində vətəndaş amili hər zaman yüksəkdə dayanır və bundan sonra da dayanacaqdır. Biz bir daha əmin olduq ki, biz Qarabağ qazilərinin arxasında dayanan, daim bizə dayaq olan dövlətimiz, İlham Əliyev kimi ölkə başçımız və hər kəsə Ana, bacı qayğısı ilə yanaşan Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Dövlətimiz, xüsusilə də Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım tərəfindən Qurban Qurbanovun səsinə səs verilməsi onun timsalında biz Qarabağ qazilərinə verilən qiymət, göstərilən qayğıdır”.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri ilə keçirilən tədbirdə səslənən bu fikirlər bir daha onu göstərir ki, Vətən, torpaq uğrunda öz qəhrəmanlığı, göstərdiyi şücaəti ilə seçilən, Azərbaycanın ərazi bütövlüyü tam olsun deyə öz sağlamlığından keçən Vətən oğulları hər zaman dövlətinə, Prezidentinə arxalanır. Dövlətini və ölkə rəhbərini özlərinə arxa, dayaq sanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək əvvəlcə Qarabağ qazisi Qurban Qurbanovu və ailəsini təbrik edib, gözaydınlığı verib. İcra başçısı qeyd edib ki, dünən aldığımız xoş xəbər təkcə Qurban Qurbanovun ailəsində deyil, bütün Qarabağ əlillərinin ailəsində böyük sevincə səbəb oldu. Onun timsalında bu sevincdən bütün qazaxlılara pay düşdü.
Rayon rəhbəri bildirib ki, bu il aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə siz Qarabağ qazilərinə olan səmimi münasibəti izləyən hər kəs bir daha əmin oldu ki, ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman sizlərə dəstək olur, diqqət və qayğı ilə yanaşır. O görüş onu sübut etdi ki, dövlət və dövlət başçısı harda imtiyazlı ailələr, ehtiyacı olan insanlar varsa onların, eləcə də sizin kimi Vətən torpaqlarının azadlığı uğrunda sağlamlığını itirən mərd və igid oğulların arxasında, yanında dayanır. Necə ki, Mehriban xanım dünənki qərarı, atdığı dəyərli addımı ilə bir daha hər kəsə bunu nümayiş etdirdi. O addım ki, bir daha sübut etdi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən bu cür xeyirxah əməlləri ilə Azərbaycan xalqını, ölkənin hər bir vətəndaşını sevindirir. Mehriban xanımın həyata keçirdiyi bu xeyirxah əməllər tükənməzdir, davamlıdır və ən əsası da Ulu Öndər Heydər Əliyevin vətəndaşlara olan qayğısını özündə əks etdirən şərəfli bir missiyadır.
Rayon rəhbəri bildirib ki, bu gün cəmiyyətimizdə elə bir sahə tapılmaz ki, həmin sahələrdə istər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin diqqət və qayğısı hiss olunmasın. Çünki yürüdülən məqsədyönlü siyasət və həyata keçirilən uğurlu layihələr, ən əsası da ölkə vətəndaşları ilə keçirilən səmimi görüşlər bunu söyləməyə əsas verir.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr əvəzi Xasay Balayev, müavin, I qrup Qarabağ müharibəsi əlili, baş leytenant Namiq Alıyev, birliyin üzvü Nüsrət Musayev, Silahlı Qüvvələrin "Ehtiyatda olan zabitlər” Konfederasiyası Qazax rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili Baxış Hüseynov çıxış edərək Qurban Qurbanovu və ailəsini təbrik ediblər. Onun sevincinə şərik olaraq xoş təəssüratlarını bölüşüblər. Döyüşlərdə yaralanmış əsgər və zabitlərin, Qarabağ qazilərinin Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını hər an hiss etdiklərini bildiriblər. Mehriban xanımın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilməsini, neçə-neçə Qarabağ qazisinin Fond tərəfindən müalicə almasını, bütün bunları onlara verilən yüksək dəyər, göstərilən qayğı kimi qiymətləndiriblər. “Bu gün biz ayağımızı, gözümüzü, sağlamlığımızı itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü ölkə başçısından, Birinci vitse-prezidentimizdən alırıq. Çünki biz qazilər döyüş yolumuza nəzər salarkən bir daha qürur hissi keçiririk ki, nə yaxşı bizlər Vətən yolunda xidməti vəzifəmizi layiqincə yerinə yetirə bilmişik. Bugünkü qürur hissini isə bizlərə yenə də dövlətimiz və dövlət başçımız, Birinci vitse-prezidentimiz yaşadır. Onların biz qazilər, döyüşçülər haqqında söylədiyi dəyərli fikirlər bizi bir daha əmin edir ki, bizim arxamızda güclü dövlətimiz və Ali Baş Komandanımız dayanıb”. Mehriban xanımın atdığı addımı böyük sevinc hissi ilə qarşılayan çıxışçılar bu addımı Qurban Qurbanovun timsalında onlara olan qayğı kimi dəyərləndiriblər və sonsuz minnətdarlıqlarını çatdırıblar.
Qazax Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Şahin Hacıyev də çıxış edərək Qarabağ qazisini təbrik edib, müstəqil Azərbaycan dövlətində vətəndaş amilinin hər zaman ön planda dayandığını bir daha diqqətə çatdırıblar.
Evlərinin onlara bağışlanma xəbərini böyük ruh yüksəkliyi, sevinc hissi ilə qarşılayan Qurban Qurbanov və həyat yoldaşı Zeynəb Qurbanova da xoş təəssüratlarını bölüşüblər. Başda ölkə Prezidenti İlham Əliyev olmaqla, Birinci vitse-prezident Mehriban Əliyevaya ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Evin qaytarılmasında onun səsinə səs verib dəstək olan, əməyi keçən insanlara sonsuz təşəkkürlərini ifadə ediblər. Q.Qurbanov bildirib ki, “Bu gün mənim və ailəmin sevincinin həddi-hüdudu yoxdur. Mən və ailəm bir daha əmin olduq ki, bizim arxamız, dayağımız göydə Allah, yerdə dövlətimiz, ölkə başçımızdır. Dünən aldığımız sevincli xəbər nəinki bizi, eləcə də bütün Qarabağ qazilərini, qazaxlıları sevindirdi. Mehriban xanım təkcə bizim ailənin deyil, yüzlərlə, minlərlə ailənin sevincinə səbəb oldu. O, atdığı addımı ilə biz qazilər üçün Ana, bacı olduğunu bir daha sübut etdi. Mən və mənim kimi darda, çətində olan insanlara bir ümid yeri, arxa, dayaq olduğunu bir daha göstərdi”.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib və Qarabağ
Qazax dövlətin qayğısı və diqqəti sayəsində aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur - ÖZƏL


Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.


Qazax, onun rəhbərliyi barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “
Qazaxın icra başçısı haqqında şok ittihamlar: Rəcəb Babaşov ailəli qadını "əxlaqsız" adlandırdı?, Qazax icra başçısı Rəcəb Babaşov Qazax sakinini intihara sürükləyir.FOTO, Qazaxın icra başçısından prezidentə şok şikayət: “Qızımı Rəcəb Babaşovun əlindən xilas edin..., Qazaxın yeni başçısı kimdir: Rəcəb Babaşovun ilginc dosyesi”” başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavabı özüm yazam.

Demək belə, yeni-yeni fəaliyyətə başlayan bəzi saytlar Qazaxa rəml atmaq istəyir. Kimin vasitəsilə, o da bizə yaxşı məlumdur. Saytların rəhbərləri kimə xidmət etdiyi, kimin sifarişini yerinə yetirdiyi, ədalətli iş adamlarına, icra strukturlarının rəhbərlərinə tor qurmaq üçün kimlərlə iş birliyinə getməsi də diqqətimizdən kənarda deyil.

Qazaxa öz əyri prizmasından baxan sayt yazır ki, “Rayonda sosial problemlər artmaqla sadə insanların yaşayış səviyyəsi aşağı düşüb”. Bəsirət gözü olmayanlara bir daha xatırladırıq ki, Azərbaycanda o cümlədən Qazaxda insanlar, “sadə” “mürəkkəb” və digər qruplara bölünmür. Dövlət icra və xidmət strukturları vasitəsilə hər bir vətəndaşın qayğısını çəkir.

Məlum yazıda qışa hazırlıqdan söhbət gedir. Rayon icra hakimiyyəti heç bir məsələdə gözləmə mövqeyi tutmur və o fikirdə olmur ki, hər hansı bir məsələni kimsə yazandan sonra həll etsin.

Yaza hazırlıq məsələsi rayon icra hakimiyyətində müzakirə olunub. Təhsil, səhiyyə və mədəniyyət sahələrində isitmə sistemlərinin və yanacaq təminatının durumu xidmət təşkilatlarının, qeyd olunan sahələrin rəhbərlərinin və ərazi icra nümayəndələrinin, qaz istismarı sahəsinin, meşələrin bərpası və mühafizəsi idarəsinin müdirlərinin iştirakı ilə ciddi müzakirə olunub, nöqsana yol verənlər cəzalandırılıb, qısa müddətdə əsaslı dönüş yaratmaq hər bir məsul işçidən tələb olunub. Əks təqdirdə təşkilati tədbirlər görüləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Qazaxda heç bir etiraz yoxdur.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Qazax dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Qazaxda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Qazax rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. . Bu da Qazaxınn regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Qazax inamla gələcəyə doğru addımlayır

Doğrudan da Qazax regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun əməyi böyükdür. Əminik ki, Qazax bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Qazaxın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.

Xəbəri istinadla vermək mədəniyyətdir
Qazax dövlətin qayğısı və diqqəti sayəsində aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur - ÖZƏLQazax dövlətin qayğısı və diqqəti sayəsində aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər