Ağcabədi rayonu son illər ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb

 Ağcabədi rayonu son illər ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb


Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsində Ağcabədi rayonunun qazandığı nəticələr təqdirəlayiqdir.
Mübaliğəsiz demək olar ki, respublika Prezidenti İlham Əliyevin ölkədə qeyri-neft sektorunu, kənd təsərrüfatının ənənəvi sahələrini inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmağa nail olmaq barədə tapşırıq və tövsiyələrinin icrasında Ağcabədi bir lokomotiv rolu oynayır, öncüllük nümunəsi göstərir. Son illər ölkə iqtisadiyyatının güclənməsinə sanballı töhfələr verən Ağcabədinin siması sürətlə dəyişib gözəlləşir. Uğurla reallaşan sosial layihələri bölgə əhalisi razılıqla qarşılayır. Rayonda təbii qaz, elektrik enerjisi verilməsi, içməli su ilə təminatda heç bir problem yoxdur. Ağcabədi şəhərində müasir tələblər səviyyəsində yeni su və kanalizasiya sisteminin qurulması dövlətin bölgə əhalisinə böyük qayğısı kimi yüksək dəyərləndirilir. Dövlətin qayğısından güc alan ağcabədililər isə, öz növbələrində, kənd təsərrüfatı məhsulları bolluğu yaratmaq üçün gerçək fədakarlıq nümunəsi göstərir, ölkənin ərzaq təhlükəsizliyinin təminatına öz sanballı töhfələrini verirlər. Ölkədə ən iri pilot taxılçılıq təsərrüfatının məhz Ağcabədidə yaradılmasını qətiyyən təsadüf hesab etmək olmaz. “Qarabağ Taxıl” müəssisəsinin bugünkü uğurlu fəaliyyəti dövlət başçısının yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etməklə müasir tipli iri istehsal sahələri yaratmaq barədəki tapşırığına ölkədə verilən ilk konkret cavab kimi qiymətləndirilməlidir. İndi “Qarabağ Taxıl” son dərəcə səmərəli fəaliyyət göstərir, mütərəqqi texnologiyalara, qabaqcıl təcrübəyə, innovativ iş üsullarına geniş meydan verməklə yüksək məhsuldarlığa nail olur, böyük uğurlara imza atır.
“Atena” süd məhsulları kombinatı da bir Ağcabədi brendi kimi böyük şöhrət qazanıb. Burada istehsal olunan müxtəlif çeşidli süd və süd məhsulları ölkəmizin bütün regionlarında rəğbətlə qarşılanır.

 Ağcabədi rayonu son illər ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb


Dövlət başçısının bölgəyə hər səfəri özündən sonra rayonda xoş ovqat, yüksək əhvali-ruhiyyə yaradır, dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsinə yeni töhfələr verir, dövlətin xalq üçün çalışdığını əyani faktlarla, göz qabağında olan reallıqlarla bir daha təsdiq edir.

Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra edən Şahin Məmmədov

Ağcabədi rayonu son illər ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin prosesin rayonun İcra Hakimiyyəti başçısı Şahin Məmmədovun rəhbərliyi dövründə yüksələn xətt üzrə davam etməsini yaxından müşahidə edirik.

Qurub-yaratmağı özünə həyat amalı və məsləki еtmiş bir şəxsin Ağcabədi Rayon İcra Hakimiyyəti təyin olunanda bu günki infişafı yenidənqurmanı təsəvvur etmək heçnə çətin deyildi. İstənilən rəhbər şəxs üçün etimad və güvən ilkin şərtlərdəndir və bu uğurun açarı hesab olunur. Rayon əhalisinin sevgisi və etimadını qazanan rəhbər şəxslərin bir qayda olaraq uğur qazanması təbii qanunauyğunluq sayılmalıdır. Dövlətin, rayon əhalisinin güvən və etimadını qazanmış, qısa müddət ərzində fəaliyyəti ilə bunun heç də təsadüfi olmadığını təsdiqləmiş belə məmurlardan biri isə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovdur. Xatırladaq ki, Dövlət başçısı cənab İlham Əliyevin 26 dekabr 2005- ci tarixli sərancamı ilə Məmmədov Şahin Kərim oğlu Ağcabədi Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Prezidentin məlum sərəncamı həm də Ağcabədi rayonunun sosial-iqtisadi tərəqqisinə təkan vermək, islahatları bir qədər də dərinləşdirmək məqsədi daşıyırdı. Bütün bu işlərin Ağcabədidə reallaşdırılması üçün məhz Şahin Məmmədovun seçilməsi isə hər şeydən öncə ona göstərilən böyük etimadın, inamın təzahürü idi. Ötən müddət ərzində Şahin Məmmədovn sıravi Ağcabədilər tərəfindən müsbət xarakterizə edilməsi, onların yeni icra başçısına böyük ümidlər bəsləməsi isə onun həm də rayon əhalisindən böyük dəstək aldığını düşünmək üçün əsaslar yaradır.
 Ağcabədi rayonu son illər ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb Ağcabədi rayonu son illər ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər