Azərbaycan Super Liqasında Gürcüstan komandası çıxış edəcək

Azərbaycan Super Liqasında Gürcüstan komandası çıxış edəcək

Voleybol üzrə kişi və qadınlardan ibarət Azərbaycan Super Liqalarında da 6 komanda mübarizə aparacaq.

“Report”un məlumatına görə, bu barədə federasiyanın I vitse-prezidenti Faiq Qarayev açıqlama verib. Təcrübəli mütəxəssis bildirib ki, çempionatda Gürcüstanın kişi və qadınlardan ibarət komandaları da mübarizə aparacaq. Artıq bununla bağlı Gürcüstan Voleybol Federasiyasından razılıq məktubu gəlib.

F.Qarayev həmçinin qed edib ki, çempionatla bağlı digər məsələlərə dair açıqlama yaxın günlərdə veriləcək.

Federasiya rəsmisi Azərbaycan klublarının gələn mövsümdən Avropa Kuboklarında çıxış edəcəklərini də vurğulayıb: “Bu il qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçularının xaricdə çıxış edə bilmələri üçün azad transfer hüququ verdik. Gələn il isə yəqin ki, avrokuboklarda iştirak edəcəyik”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər