Qurban Qurbanov: “Azarkeş məni də istefaya çağıra bilər, amma Rəşad bizə lazımdır” – FOTO

Qurban Qurbanov: “Azarkeş məni də istefaya çağıra bilər, amma Rəşad bizə lazımdır” – FOTO

“Hamımız üçün maraqlı oyun oldu. Meydanda yaxşı mübarizə və qollar var idi. Azarkeş də bunun üçün stadiona gəlir. Hər birini göstərə bildik. Bu matç bütün komandaya çox şey verdi. Hesabda geri olsaq da, sona kimi soyuqqanlı çıxış etdik. Futbolçuları təbrik edirəm. Möhtəşəm azarkeşlər var idi. Bu gün tam birlik gördüm”

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakı Kipr APOEL-i ilə heç-heçə (2:2) etdiləri oyundan sonra mətbuat konfransında deyib.

“Qarabağ” oyun zaanı qol epizodlarını sağa-sola xərclədi. Bu barədə nə deyə bilərsiniz sualına isə Qurbanov belə cavab verib: “Mən elə düşünmürəm. Rəqibin müdafiədəki oyununu nəzərə almaq lazımdır. 1-2 epizod istisna, digərləri mübarizə şəraitində idi. Həmin anda dəqiq zərbə vurmaq asan deyil. Mahir Emreli hazırda formada deyil. Zədədən yeni qayıdıb. Onu oyuna salmaqla bir az da risk etdik. Yaxşı oynadıq və qol epizodları yaratdıq. Hər oyun hansısa oyunçumuz fərqlənə bilər. Daha sərrast olmaları üçün futbolçuların üzərində işləyirik”.

Təcrübəli məşqçi oyundan razı qaldığını sözlərinə əlavə edib: “Bu rəqibə son matçda uduzmuşduq. Bu gün isə hesabda geri düşdük və geridönüş etmək çətin idi. Oyunçuların həmin andakı psixoloji durumu çox vacibdir. Başqa kollektivə qarşı bəlkə də asan olardı. Fasilədə danışdıq ki, hamı soyuqqanlı olmalıdır. Hazırlaşdığımız oyunu göstərə bildik. Bu baxımdan razı qaldım.

Qurbanov qarşılaşmada dəyişikliklərdən istifadə etməməsindən də danışıb: “Matçın gedişində dəyişiklik barədə düşündüm. Ancaq elə oldu ki, buna ehtiyac duymadım. Bəzən belə oyunlarda stress daha çox olur. Ehtiyat etdim ki, oyunumuz pozula bilər. Rəqib də bu gün fərqli çıxış etdi”.

Məşqçi qrupdan çıxmaq şansları barədə də fikirlərini bölüşüb: “Hazırda hər üç komandanın şansı var. Görünən odur ki, hər şey son oyunda bəlli olacaq. Hazırda öndəyiksə, çalışacağıq ki, bunu qoruyub saxlayaq. Hansısa kollektivin daha şanslı olduğunu deyə bilmərəm. Hər zaman öz oyunumuzu daha da yaxşılaşdırmaq istəmişəm. Ev matçı ilə səfər oyunu tam fərqli olur. Evdəki komandanın hücum etmək şansı daha çox olur”.

Qurbanov kapitan Rəşad Sadıqovun səhvinin azarkeşlər tərəfindən tənqid atəşinə tutulmasına da münasibət bildirib: “Futbolda səhvsiz oyunçu olmur. Oyunçularımızın qədrini bilməliyik. Bir epizodla futbolçuya qiymət vermək heç də düzgün deyil. Birinci qolda top Maksim Medvedevin belinə dəydi və qapıya daxil oldu. Yaxşı ki, Rəşada dəyməyib. Onun qədrini bilməliyik. Belə fikirlər məni narahat etmir. Oyunçularla daim ünsiyyətdə oluruq. Onlara tövsiyələr etmişəm ki, belə söz-söhbətlər işimizə mane olmasın. Azarkeşin haqqıdır, məni də istefaya səsləyə bilər. Deyə bilərlər ki, karyerasını başa vursun. Bütün fikirlərə hörmətlə yanaşıram. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, amma hamısının bizimlə olduğunu bilirəm. Rəşad bizə lazımdır, ona ehtiyacımız var. Onun da oyunu və gücü var. Hər kəs səhv edə bilər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər