“Qarabağ” - APOEL matçında 30 min bayraq!

“Qarabağ” - APOEL matçında 30 min bayraq!

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-lə keçirəcəyi görüş üçün hazırlıqlara başlayıb.
Qafqazinfo-nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada bayraq aksiyası təşkil ediləcək.

Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.
Qeyd edək ki, "Qarabağ” - APOEL görüşü oktyabrın 24-də keçiriləcək.

Onu da əlavə edək ki, "Qarabağ”ın Lüksemburqda "Düdelanj”la keçirdiyi oyunda erməni təxribatı baş verib. Sözügedən qarşılaşmada meydana qondarma rejimin bayrağı gətirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər