Mahir Mirzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir - ÖZƏL

Mahir Mirzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir - ÖZƏL

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Mirzəyevdir.

Mahir Mirzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Mirzəyev - Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın heç vaxt unutmayacağı tarixi bir gün. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar. Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.

Vətənimizin atributları bizim üçün müqəddəsdir. Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımızın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkündür. Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur.başqalarıda bizim torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır. Əziz Şuşa, biz qayıtmışıq! 8 noyabr 2020-ci il. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın heç vaxt unutmayacağı tarixi bir gün. Ali Baş Komandan İlham Əliyev Azərbaycanın qeyrət qalası, mədəniyyətimizin beşiyi, 28 il mənfur ermənilərin tapdağı altında qalan dilbər guşəmiz Şuşanın işğaldan azad edildiyini bəyan etdi. Ölkə prezdenti İlham Əliyevin başçılığı altında Müzəffər Azərbaycan Ordusunun əsgərləri tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək qanları, canları bahasına uzun illər həsrətində olduğumuz Şuşanı bizə qaytardı. Bu qürurverici xəbərdən heç iki gün keçməmiş Ali Baş Komandan xalqımıza daha böyük bir müjdə verdi. Qarabağ təmamilə işğaldan azad olundu. Biz ölkə prezdenti cənab İlham Əliyevin illərdir apardığı məqdəsyönlü siyasəti, böyük iradəsi, Şanlı Ordumuzun şücaəti ilə Şəhidlərimizin qanı bahasına böyük bir tarixi qələbə qazandıq. Yuxarı Gövhərağa məscidi haqqında İbrahim xanın qızı Gövhər ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Məscidin memarı Qarabağlı Kərbəlayi Səfixan olubdur. Yuxarı

Gövhər ağa məscidi inşa edildikdən sonra isə bu məscid Şuşa camaatı arasında Aşağı Gövhər ağa məscidi adlandırılmağa başlandı. Məscidin inşa tarixi 1874-1875-ci illərə təsadüf edir. Aşağı və Yuxarı Gövhər ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindən sayılırdı. Bu şahanə məscid sırasında dayanan 17 məscid də şəhərə xüsusi gözəllik və müdriklik gətirirdi. Şuşanın sülh və sevgi gülü Xarıbülbül Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycanın Qarabağ torpaqları zəngin flora və faunası ilə fərqlənir. Azərbaycanın Dağlıq Qarabağ ərazisinin qədim Şuşa şəhərində bitən Xarıbülbül bitkisi Şuşanın milli simvolu hesab olunur. “Sülh və məhəbbət gülü” adlanan Xarıbülbül əsl möcüzədir. Xarıbülbül Azərbaycan florasının nadir endemik bitkisidir. Bu gözəl bitki Səhləbkimilər (lat.Orxidacea) fəsiləsinin Ofris (Ophrys lat.) cinsinə aiddir. Xarıbülbül adlandırdığımız bitki latınca Ophrys Caucasica və ya Ophyrs Mammosa adlanır,lakin Azərbaycanda bitən bütün növlərə el arasında xarıbülbül deyilir. Xarıbülbülün digər adı – Qafqaz qaş Səhləbidir.Ophrys – yunan mənşəli sözdür,mənası “qaş” deməkdir.Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı “baxmasına” ehyam ediblər. Ofrislər bir çox orxideyalar kimi, kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik göbələklərdən asılıdır.Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur Şuşanın sülh və sevgi gülü Xarıbülbül haqqında dillərdə bir çox əfsanələr dolaşır. Bu rəvayətlərdən birində deyilir ki, Pənah xan qızını, şairə Ağabəyim Ağanı İran şahına ərə verir. Saraya gəldiyi gündən şairənin üzü gülmürş. Bunu görən şah səbəini soruşur. Şuşa üçün çox darıxdığını söyləyir xan qızı, sonra da şahdan xahiş edir ki, onun üçün bir bağ saldırsın və o bağda yalnız Şuşa torpağında bitən ağaclar basdırılsın, bəlkə bu yolla Vətən həsrəti azala. Şah əmr verir, bağ salınır, Şuşadan hər növ ağac gətirilib əkilir. Hazır olanda Ağabəyim Ağa bağın seyrinə çıxır. “Vətən bağı” adı verdiyi bağı dolaşır, çox arayır, axtarır, amma onu tapa bilmir. Yenidən kədər buludları gözəl çöhrəsini bürüyür. Şah səbəbini soruşur. Şairə bağı gəzərkən Xarıbülbülü görmədiyini deyir. Şah bu bitkinin də gətirilib əkilməsini əmr edir. Ha çalışırlar, nəticə hasil olmur. Bitkilərin hamısı kök vurub, gül açır, bircə Xarıbülbül yad torpaqda bitmir, solur. Məlum olur ki, Xarıbülbül Şuşa torpağından qeyri yerdə bitmir. Azərbaycan prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir. Dillərə dastan, əfsanə olan Xarıbülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarıbülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarıbülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivallar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Çıxışlar arasında Azərbaycanın xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin “Qızıl Fond”una daxil olan “Sona bülbüllər” mahnısı xüsusi yer alıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər