İranlı “Ancelina Coli” həbs edildi — FOTO

İranlı “Ancelina Coli” həbs edildi — FOTO

Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün saysız-hesabsız plastik əməliyyatlar keçirən iranlı Səhər Tabar həbs edilib.
Qafqazinfo xəbər verir ki, o, dini təhqir etmək və əxlaqsızlığa təşviq ittihamı ilə tutulub. Tabarı bəzi şəxslər Tehrandakı dini quruma şikayət etdikdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

21 yaşlı Səhər Coliyə bənzəmək üçün dəfələrlə bıçaq altına yatıb. Sosial şəbəkələrdə fotoları yayıldıqdan sonra dünya mediasının diqqətini çəkən Səhərin əslində heç bir əməliyyat keçirmədiyi, şəkillərin güclü qrim və proqramla hazırlandığı iddia edilirdi.
Səhər həbs edildikdən sonra milyonlarla izləyicisi olan İnstaqram hesabı da bağlanıb. Bu isə onun fanatlarının etirazına səbəb olub.
İranlı “Ancelina Coli” həbs edildi — FOTO
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər