Bu gün Rafael Cəbraylovun mandatına xitam veriləcək

Bu gün Rafael Cəbraylovun mandatına xitam veriləcək

Mərkəzi Seçki Komissiyasına (MSK) bu gün deputat Rafael Cəbrayılov mandat səlahiyyətlərinə xitam verməsi barədə qərar verəcək.
Deputatın mandatına xitam verilməsi ilə bağlı MSK-nin bu gün xüsusi iclası keçiriləcək.

Qeyd edək ki, sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etdiyini bildirib. Prosedur qaydaya uyğun olaraq Milli Məclis də öz növbəsində MSK-ya müraciət edərək, deputatın mandatına xitam verilməsi barədə müvafiq qərar çıxaracaq.
Xatırladaq ki, deputat R. Cəbrayılovun borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə böyük məbləğdə ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər