Ağrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTO

Ağrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTO

Çin təbabəti öyrədir ki, ağrıya dözmək səhvdir, çünki ağrı ilə müşayiət olunan hər hansı bir vəziyyət sinir sonlarını və beyin hüceyrələrini məhv edir. Şiddətli ağrı hiss edirsinizsə, onu aradan qaldırmaq üçün bütün mümkün tədbirləri görməlisiniz. Bu, həqiqətən bütün bədənə zərərlidir.
"Ölkə.Az" bu yazıda osteoxondroz ağrılarından qurtulmağın 9 yolu ilə tanış edir.

1. Uşaq pozası

Bel və çanaq-bud oynağında ağrılar zamanı tətbiq olunur, sinir sistemini zəiflətməyə xidmət edir. Şəkildəki vəziyyəti alın, qolları mümkün qədər irəliyə uzadın, ovuc içləri yerə dəyməlidir. Dərindən nəfəs alın və bu vəziyyətdə 1 dəqiqə qalın. Ağrı xeyli zəifləyir.

2. Divar pozası

Baş ağrısı, çiyinlərdə və boyundakı gərginliyi aradan qaldırır. Baş hərlənməsi olanlara tövsiyə olunur. Divarın qarşısında oturub ayaqları divar boyunca yerləşdirin, əllərinizi mədənizdə saxlayın. Gözlərinizi yumun, bərabər nəfəs alın və bütün lazımsız düşüncələri özünüzdən uzaqlaşdırmağa çalışın. Bu vəziyyətdə sadəcə 5 dəqiqə dayanmaq boyun və çiyin gərginliyini aradan qaldıracaq, baş ağrısı dərhal yox olacaq!

3. Pişik

Onurğa sütunu və kürək ağrılarında istifadə olunur, əzələlərdə ağrını azaldır. Dördayaqlıların vəziyyətini alıb, əlləri çiyin bərabərliyində yerə qoyun. Diqqət edin ki, onurğa sütunu döşəməyə paralel olsun, boynunuzu isə yuxarı doğru qaldırın. Dərin nəfəs alıb bədəni aşağı əyin, başınızı isə yuxarı qaldırın. Sonra nəfəs verin və bədəni yuxarı qaldırın, başı isə aşağı salın. Yavaş-yavaş hərəkət edin, dərindən nəfəs alın. Bu hərəkəti 10 dəfə təkrar edin. Əgər dizlər yüklənibsə, onların altına yumşaq altlıq qoya bilərsiniz.

4. Bükülmə və uzanma

Mədəniz ağrıyırsa və həzm problemləri varsa, bu hərəkət kömək edir. Yerdə oturun, kürəyinizi və ayaqlarınızı düz saxlayın. Sol ayağı bükün və sağ ayağın arxasına qoyun. Balans üçün sol əlinizlə yerə söykənərək sola dönün. Dərindən nəfəs alın, bu vəziyyətdə 30 saniyə qalın. Eyni hərəkəti sağ ayaqla təkrarlayın.
5. Kəpənək pozası

Çanaq-bud oynaq ağrılarında effektivdir, ayaq və dizlərdə gərginliyi azaldır. Döşəməyə oturun, belini düz tutun. Bardaş qurub dizləri mümkün qədər aşağı əyin. 2 dəqiqə bu vəziyyətdə dayanın.


6. Çiçək pozası

Belin aşağı hissəsində yaranmış ağrı və qulunclardan xilas olmağa kömək edir. T hərfi mövqeyində döşəməyə yatın, qollarınızı hər iki tərəfə düz açın. Əyilmiş dizlərinizi sinənizə tərəf çəkin. Çiyinləri yerdən qaldırmadan dizlərinizi yüngülcə yan tərəfə endirin. 2 dəqiqə belə pozada qalın və digər tərəfi ilə təkrarlayın.

7. Uçuş pozası

Bel, böyrək və mədə ağrılarına qarşı xeyirdir. Yerə uzanıb dizləri bükün, qolları isə aşağı doğru uzadın. Mümkün qədər belinizi rahatlaşdıraraq çanaq sümüyünü yavaşca qaldırın və yerə endirin. Məşqi 10 dəfə təkrarlayın.

8. İrəli doğru hərəkət

Menstruasiya və oynaq ağrılarını aradan qaldırır. Yerdə oturun, sağ ayağınızı düz saxlayın. Sol ayağı dizdən bükün və onunla sağ ayağı itələyin. Tədricən mümkün qədər irəliləyin. Bu vəziyyətdə 30 saniyə dayanın. Sağ ayaqla təkrarlayın.

9. Rahatlaşma pozası

Ayaqlarda yorğunluğu aradan qaldırır, budları rahatlaşdırır. Hündürdaban geyindikdən sonra etmək çox faydalıdır. Ayaqları bir-birinə keçirib təzim edin. Çox rəvan irəliləyin, əlləri yerə qoyun. Sol dizinizi bükün və sağ ayağınızı düz saxlayın. Bu vəziyyətdə 30 saniyə dayanın, sonra digər ayağı ilə eyni şəkildə təkrarlayın.Ağrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər