Xamenei alimin edamına görə müqəddəs cəza olacağına söz verdi

Xamenei alimin edamına görə müqəddəs cəza olacağına söz verdi




















Günahsız məzlumun öldürməyin nəticələri tezliklə olacaq

İranın ali lideri Əli Xamenei şiə alimi Nimr ən-Nimrin edamına görə Səudiyyə Ərəbistanı siyasətçilərini müqəddəs cəza gözlədiyini bəyan edib.

APA-nın məlumatına görə, Ə. Xamenei bildirib ki, günahsız məzlumun qanını tökməyin, öldürməyin nəticələri tezliklə olacaq.

Qeyd edək ki, Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.

Edamdan sonra Tehranda Səudiyyə Ərəbistanı əleyhinə etiraz aksiyaları başlayıb. Bu ölkənin Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğa hücumlar olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər