Nazirlərimiz harada təhsil alıblar? — SİYAHI

Nazirlərimiz harada təhsil alıblar? — SİYAHI

Yüksək vəzifədə çalışan şəxslər hər zaman cəmiyyətin diqqət mərkəzində olurlar. Onların fəaliyyətləri, şəxsi həyatları insanları maraqlandırır, daim müzakirə mövzusuna çevrilir.
"Ölkə.Az" bildirir ki, insanların bu marağını nəzərə alaraq Azərbaycanda nazirlərin hansı ali məktəblərdə təhsil alması barədə araşdırma aparılıb.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1991-ci ildə Moskva Dövlət Universitetində fəlsəfə fakültəsinin politologiya ixtisası üzrə təhsil alıb. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasına yiyələnib.

Energetika naziri Pərviz Şahbazov 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında neft və qaz sənayesinin iqtisadiyyatı və təşkili ixtisası üzrə təhsil alıb.

Ədliyyə naziri Fikrət Məmmədov 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə isə Bakı Ali Partiya Məktəbini başa vurub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində isə ikinci ali təhsil alıb.

Gənclər və İdman naziri Azad Rəhimov 1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Xarici İşlər naziri Elmar Məmmədyarov 1982-ci ildə Kiyev Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakülətəsini bitirib.

İqtisadiyyat naziri Şahin Mustafayev 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialının məzunu olub.
Kənd Təsərrüfatı naziri İnam Kərimov 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili, Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.

Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Ukraynada Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev 1978-ci ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu başa vurub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini,1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirib.

Müdafiə Sənayesi naziri Mədət Quliyev 1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda bakalavr, 1999-cu ildə magistr təhsili alıb.

Səhiyyə naziri Oqtay Şirəliyev 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti ) "müalicə işi” ixtisasını bitirib.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət İqtisad İnstitutunda iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetində isə hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb. (Azvision.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər