“Röya da oxuyanda Elnarə rəqs edir...”

“Röya da oxuyanda Elnarə rəqs edir...”

Dünən Afaq Gəncəlinin qardaşının toyunda Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilovanın səmimi görüntüləri yayılıb. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl aralarında gərginlik yaranan iki tanınmış simanın barışdığı qeyd olunub. Həmin videolardan sonra Elnarə ilə Röyanın nə zaman barışdıqları barədə suallar meydana çıxıb.

Elnarə Xəlilovanın mətbuat xidmətindən “Qafqazifo”ya bildirilib ki, “W-Trio”nun eks- üzvləri heç vaxt küsülü olmayıb: “Onlar heç vaxt küsülü olmayıblar. Hansı məclisdə bir-birini görüblərsə, öpüşüb-görüşüblər, qucaqlaşıblar. Elnarə Xəlilova nəinki Röya ilə, həmçinin “W-Trio”nun digər qızları ilə küsülü olmayıb. Dünən elə günlərdən biri idi. Yeri gəlmişkən, Röya Elnarənin “Darıxsan” mahnısını çox sevir. Elnarə oxudu, Röya da rəqs etdi. Təbii ki, Elnarə Röyanı görüb yaxınlaşdı.



Təəssüf ki, bəzi tədbirlərdə jurnalistlər olmur və həmin anların şahidi olmurlar. Elə məclis də olub ki. Röya oxuyub, Elnarə mütləq ayağa qalxaraq rəqs edib. Röya ilə Elnarə bir-birini çox sevirlər, uğurlarına sevinirlər. Elnarənin özü Röyanın mahnılarını dinləyir”.

Qeyd edək ki, onlar arasında qalmaqal Elnarə Röyanın “Mənə sevgindən bəhs et” mahnısını plagiat adlandırmasından sonra başlamışdı.

Videolar axşam.az-a məxsusdur.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər