Bakıda 24 yaşlı gənc bıçaqlandı

Bakıda 24 yaşlı gənc bıçaqlandı



















O, dostu ilə birgə sərnişin avtobusu ilə xəstəxanaya gəlib

Nizami rayonunda ötən axşam bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Ticarət mərkəzlərinin birinin qarşısında 24 yaşlı Vladislav Levski bıçaqlanıb. Yaralı hadisədən sonra dostu ilə birgə sərnişin avtobusu ilə xəstəxanaya gəlib.

Yaralı dərhal müayinə olunaraq əməliyyata götürülüb. Müayinə zamanı yaralıya 4 bıçaq xəsarətinin vurulduğu məlum olub.

Sabunçu xəstəxanasının həkim-cərrahı Rasim Abdurəhimovun sözlərinə görə, xəstənin bədənində kəsilmiş-deşilmiş yaralar olub:

"Qarının ön divarında, sağ bud, sol bel və sol bazu nahiyəsindəki yaralara birinci cərrahi müdaxilə edildi. Hazırda vəziyyəti keçirilən əməliyyata uyğundur".

Hadisə barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat verilib. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər