Uorlik Əliyev-Sarkisyan görüşündən danışdı

Uorlik Əliyev-Sarkisyan görüşündən danışdı



















“Dialoq vacibdir”

Ermənistan və Azərbaycan prezidentləri sonuncu görüşdə etiraf etdilər ki, dialoq vacibdir. Buna görə də Minsk Qrupu ümid edir ki, münaqişə tərəfləri zorakılıqdan uzaq qalacaqlar və gələn il danışıqlar daha yaxşı atmosferdə davam edəcək.

Bakuxeber.info-nun armenianreport.com saytına istinadən verdiyi xəbərə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Bern görüşünü şərh edərkən deyib.

Həmsədrin sözlərinə görə, hazırda danışıqlar masasında bir sıra təkliflər var.

“Preizdentlərin görüşü Ermənistan və Azərbaycan xalqlarına tərəflərin münaqişəni sülh yolu ilə həll etməyə hazır olduğunu göstərir. Tərəflər Berndə heç bir razılıq əldə edə bilməsələr də, prezidentlər son zamanlar baş verən zorakılıq halları, əsasən də mülki əhali arasında baş verən itkilərə görə narahatlıqlarını ifadə ediblər”, - deyə Uorlik vurğulayıb.

Onun sözlərinə görə, dövlət başçıları dialoqun vacib olduğunu etiraf ediblər və məhz buna görə həmsədrlər ümid edirlər ki, gələn il onlar arasında yeni görüş təşkil etmək mümkün olacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər